Bank işi fənni üzrə kollukvium sualları


ci sual: Kommersiya Banklarinin Iqtisadiyyatda Rolu



Yüklə 367,39 Kb.
səhifə8/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Bank işi kollukvium 30 cavabları

15ci sual: Kommersiya Banklarinin Iqtisadiyyatda Rolu
Kommersiya banklarının iqtisadiyyatda rolunun artması ilə əlaqədar bütün
ölkələrdə onlann yaranmasına nəzarət tətbiq edilir. Hazırda kommersiya
banklannm açılması və fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət
Palatasından razılıq alınmalıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarının
yaranma qaydasım, lisenziya almaq üçün təqdim olunası sənədlərin
siyahısını işləyib hazırlayır, yaradılası banka əsas tələbləri müəyyənləşdirir.
Bu zaman ilkin kapitalın minimum həcmi və təsisçilərin maliyyə
vəziyyətinə xüsusi diqqət yetirilir.
Bank yaratmaq fikrində olan fiziki və hüquqi şəxslər, hər şeydən əvvəl,
ssuda kapitalları bazarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların və
əhalinin bank xidmətlərinə olan ehtiyacının ödənilmə səviyyəsini təhlil
etməklə yanaşı yaradacaqları bankın rəqabət qabiliyyətliliyini müəyyən
etməlidirlər. Bu zaman, həmçinin həmin ərazidəki banklann sayı,
müştərilərin bank xidmətlərinə olan ehtiyacı təhlil edilərək yaradılası
bankın fəaliyyət istiqamətləri müəyyən edilməlidir.
İqtisadiyyatın inkişafı ilə əlaqədar bank sistemi də inkişaf edir və
kommersiya banklarının sayı artır. Eyni zamanda bankların
sayının artması onların arasında rəqabəti gücləndirir. Nəticədə bir
tərəfdən bankların inkişafı təmin edilirsə, digər tərəfdən zəif
banklar rəqabətdə iflasa uğrayırlar. Rəqabət nəticəsində bankların
yenidən qurulması prosesi gedir. Bu proses: qovuşma, birləşdirmə,
yenidən təşkil formalarında aparılır.
Qovuşma - yeni bank yaratmaq məqsədi ilə iki və ya bir neçə
bankın əmlakının və fəaliyyətinin könüllü birləşməsidir.
Birləşdirilmə - məcburi qovuşma formasıdır. Rəqabət nəticəsində
daha iri bank zəif bankı özünə məcburi surətdə birləşdirir.
Yenidən təşkil - bankların yenidən qurulmasının bir forması
olmaqla bankların təşkilali-hüquqi formalarının dəyişməsi ilə
əlaqədardır.






1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin