Bank işi fənni üzrə kollukvium sualları


ci sual: Banklarin Muflislesmesi ve Legvi



Yüklə 367,39 Kb.
səhifə9/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Bank işi kollukvium 30 cavabları

16ci sual: Banklarin Muflislesmesi ve Legvi

  • Banklar öz fəaliyyətləri müddətində rəqabətə tab gətirə

  • bilmədiklərindən maliyyə vəziyyətləri pisləşir. Bu proses

  • banklann müflisləşməsinə və müvafiq olaraq ləğvinə gətirib

  • çıxarır.

  • Bankların müflisləşməsinə əsasən aşağıdakı amillər səbəb ola bilir:

  • xüsusi kapitalın yetərincə olmaması

  • bank aktivlərinin keyfiyyətinin aşağı olması

  • resurs bazasının keyfiyyətinin aşağı olması

  • •müddət baxımından aktivlərin və passivlərin uyğunsuzluğu

  • bank menecmentinin aşağı səviyyədə olması

  • Göstərilən amillərlə yanaşı bankın möhkəmliyinə xarici amillər:

  • ölkədəki siyasi və iqtisadi vəziyyət, qanunvericilik bazası,

  • palatanın səmərəli fəaliyyəti də təsir göstərir.



    • Bankların ləğvi könüllü və məcburi qaydalarda həyata keçirilir.




    • Palata tərəfindən bankın səhmdarlarının ümumi yığıncağının qərarı əsasında ləğvi könüllü

    • ləğv hesab olunur. Bankın könüllü ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsində

    • müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Palataya onun tələb etdiyi zəruri

    • sənədləri və məlumatları təqdim etməlidir.

    • Ortaya çıxan məsələləri araşdırmaq məqsədi ilə Palatanın yazılı müraciəti əsasında onun

    • səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın

    • istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə şərait yaratmalıdır. Əks təqdirdə

    • Palata banbn məcburi ləğvi üçün müvafiq tədbirlər həyata keçirir. Palata lisenziyası ləğv

    • edilmiş bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması barədə ərizə ilə məhkəməyə

    • müraciət edir.

    • Bankın məcburi ləğvi və ləğvedicinin təyini haqqında məhkəmə qərarı qüvvəyə mindikdən

    • sonra bankın idarə edilməsi üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarınm

    • ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir, bank inzibatçılarının bank adından

    • etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur; ləğv edilən bankın sənədlərinin və

    • əmlakının bankın inzibatçılarından təyin edilmiş ləğvediciyə verilməsi haqqında akt tərtib

    • edilərək məhkəməyə təsdiq üçün təqdim edilir. Bankın ləğvi ilə əlaqədar bütün xərclər

    • bankın aktivləri hesabına ödənilir.


  • 1   ...   5   6   7   8   9   10   11   12   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin