Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” mmc baş idarədə



Yüklə 8.36 Kb.
tarix09.07.2018
ölçüsü8.36 Kb.

Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” MMC baş idarədə

İNSAN RESURSLARI VƏ İNZIBATI IDARƏETMƏ ÜZRƏ MENECER

vəzifəsinə vakansiya elan edir.
Təşkilat: “İnkişaf üçün Maliyyə” MMC digər maliyyə resurslarına çıxışı olmayan şəxslərə davamlı olaraq maliyyə xidmətləri göstərmək üçün Oksfam BB tərəfindən yaradılmış maliyyə qurumudur.

İşin adı: İnsan resursları və inzibati idarəetmə üzrə menecer

İş yeri: Bakı şəhəri

İşin xülasəsi: Təşkilatın insan resurslarının səmərəli idarə edilməsi ilə bağlı planlaşdırma, rəhbərlik və əlaqələndirmə fəaliyyətlərinin icrası

İş hesabatlıdır: İdarə Heyətinin Sədrinə

Əsas vəzifələr:

  • Menecmentlə birgə təşkilatın insan resurslarına olan ehtiyaclarının müəyyənləşdirilməsi və planlaşdırılması; işçi seçimi ilə bağlı ərizələrin yoxlanılması, qiymətləndirilməsi və müsahibələrin aparılması

  • Işçi heyətinin peşəkar hazırlığını artırmaq məqsədilə treninq ehtiyaclarının öyrənilməsi və inkişaf planlarının hazırlanması; iş fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edilməsi

  • Işçilərin şəxsi fayllarının yaradılması və idarə olunması; iş vaxtının uçotuna nəzarət; işə qəbul və işdən azadedilmə ilə əlaqədar sənədləşmələrin təşkili

  • Işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə menecmentlə birgə işləmək;

  • İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət etmək; təşkilatdaxili effektiv kommunikasiya və fayl sistemlərini təmin etmək

  • Inzibati işlərin yerinə yetirilməsinə məsul olmaq, o cümlədən maddi təchizat, inventarizasiya, ölkədaxili və xarici səfərlərin təşkili, nəqliyyat xidmətinin tənzimlənməsi və s.


Tələblər:

  • İqtisadi və ya humanitar profilli universitet dərəcəsi

  • Müvafiq sahədə 1 il iş təcrübəsi

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqqında məlumatlılıq

  • Əla ünsiyyət, təşkilati və analitik bacarıqlar

  • Kompüterdə işləmək bacarığı

  • İngilis dili biliyi vacibdir

  • Problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı

Uyğun namizədlər öz tərcümeyi-hal və müşayiətedici məktubu 496 77 63 nömrəli faksla və ya findev@azeronline.com ünvanına elektron poçtla göndərə bilərlər. Namizədlər məktubda əmək haqqı istəklərini göstərməlidirlər. İnsan Resurslarının idarə edilməsi sahəsində təcrübəyə malik, yaxud bu sahədə dərəcə almış namizədlərə üstünlük veriləcəkdir.



Ərizələr 10 Dekabr 2006-cı il tarixinədək qəbul ediləcəkdir.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə