(Fiziki şəxslər üçün) Bakı şəhəri « ____»__________ 2012-ci il Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Milli Bankının lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən «ATABANK» ASC, ________________________________________________________________ şəxsində, bundan sonra «Bank» adlanacaq və digər tərəfdən fiziki şəxs (fərdi sahibkar)
_____________________________________________________________________ (pasport, şəxsiyyət vəsiqəsi) seriya:
(adı, atasının adı və soyadı)
_________ N: ______________, verilib: _____________________ tərəfindən ________ tarixdə), bundan sonra «Müştəri» adlanacaq, aşağıdakı şərtlər əsasında həmin müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar.
I. MÜQAVİLƏNİN PREDMETİ
Bü müqaviləyə görə «Bank» «Müştəri»yə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı (bundan sonra ismin müvafiq halında «Bank hesabı» adlanacaq), açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair «Müştəri»nin sərəncamlarını yerinə yetirməyi, «Müştəri» isə hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.
Bank hesabı Azərbaycan Respublikası Milli Bankının bank hesablarının açılması qaydaları haqqında müvafiq normativ-hüquqi aktı və «Bank»ın daxili qaydaları ilə müəyyən olunan qaydada açılır.
«Bank» tərəfindən «Müştəri»yə göstərilən bank xidmətləri üçün tariflər və digər şərtlər müqavilənin ayrılmaz və tərkib hissəsi hesab edilən 1 saylı əlavə ilə müəyyən olunur.
II. TƏRƏFLƏRİN HÜQUQ VƏ vəzifələri
2.1. «Bank»ınhüquqları:
«Müştəri»nin bank hesabı açılması üçün təqdim etdiyi sənədlər 1.2. bəndində göstərilən normativ-hüquqi aktın və «Bank»ın daxili qaydalarının tələblərinə uyğun olmadıqda bank hesabı açmaqdan imtina edir.
«Müştəri»nin bank hesabında olan pul vəsaitindən istifadəyə görə faizlər hesablanmır.
Bank xidmətlərinin haqqını hər bir əqd başa çatdıqdan sonra 1 saylı əlavə ilə müəyyən edilən tariflər əsasında «Müştəri»nin bank hesabındakı pul vəsaitindən tutur.
«Müştəri»nin bank hesabında pul vəsaiti olmadıqda onun yazılı ərizəsinə əsasən 8-ci maddə ilə müəyyən olunan qaydada və şərtlərlə «Müştəri»nin hesabının kreditləşdirilməsi ilə ödənişləri həyata keçirə bilər.
Bank kreditlərini və digər tələblərini «Müştəri»nin sərəncamı olmadan onun bank hesabındakı pul vəsaitindən silə bilər.
Bank hesabının açılması üçün 1 saylı əlavə ilə müəyyən olunan tariflər əsasında bank xidmətlərinin haqqının ödənilməsini;
1 saylı əlavə ilə müəyyən olunduğu halda bank hesabında minimum miqdardan az olmayan məbləğdə pulun saxlanılmasını;
Adı, atasının adı və soyadı dəyişdikdə 1.2. bəndində göstərilən normativ-hüquqi akt və «Bank»ın daxili qaydaları ilə müəyyən olunan qaydada bank hesabının yenidən rəsmiləşdirilməsini;
Çirkli pulların yuyulması, terorizmin maliyyələşdirilməsi və digər qeyri – sağlam xarakterli əməliyyatlar barədə şübhə yarandıqda əlavə sənədlərin təqdim edilməsini;
Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini «Müştəri»dən tələb edir.
«Bank»ın 1 saylı əlavə ilə müəyyən olunan tariflərə birtərəfli qaydada dəyişiklik etmək hüququ vardır.
2.2. «Bank»ınvəzifələri:
Bu müqavilənin 1.2. bəndində göstərilən normativ-hüquqi akt və «Bank»ın daxili qaydaları ilə müəyyən olunan sənədlər təqdim olunduqdan və 2.1.6. bəndi ilə müəyyən olunan xidmət haqqı ödənildikdən sonra «Müştəri»yə bank hesabının açılmasını;
«Müştəri»nin sərəncamı əsasında hesaba pul vəsaitinin qəbul edilməsini və hesaba salınmasını, hesabdan müvafiq məbləğlərin köçürülməsini və verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını;
Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.
2.3.«Müştəri»ninhüquqları:
«Bank»a təqdim etdiyi sərəncamı əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsini və hesaba salınmasını, hesabdan müvafiq məbləğlərin köçürülməsini və verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını;
Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini «Bank»dan tələb edir.
2.4.«Müştəri»ninvəzifələri:
Bank hesabı açılması üçün 1.2. bəndində göstərilən normativ-hüquqi akt və «Bank»ın daxili qaydaları ilə müəyyən olunan sənədlərin «Bank»a təqdim olunmasını və 2.1.6. bəndi ilə müəyyən olunan xidmət haqqının ödənilməsini;
Bank hesabındakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə 1 saylı əlavə ilə müəyyən edilən tariflər əsasında bank xidmətlərinin haqqının müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə ödənilməsini;
Bank hesabında 1 saylı əlavə ilə müəyyən edildiyi halda minimum miqdardan az olmayan məbləğdə pulun saxlanılmasını;
2.1.4.bəndi ilə müəyyən olunan qaydada «Bank»ın verdiyi kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faizləri 8.2.bəndi ilə müəyyən olunan qaydada və şərtlərlə «Bank»a qaytarılmasını;
Adı, atasının adı və soyadı dəyişdikdə 1.2. bəndində göstərilən normativ-hüquqi akt və «Bank»ın daxili qaydaları ilə müəyyən olunan qaydada bank hesabının yenidən rəsmiləşdirilməsini;
Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.
«Müştəri»nin hesabında saxlanan pul vəsaitinin məbləği 1 saylı əlavə ilə müəyyən edildiyi halda minimum miqdardan az olduqda və «Bank»ın bu barədə «Müştəri»ni xəbərdar etdiyi gündən 1 (bir) ay ərzində bərpa edilmədikdə;
«Müştəri» tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda;
«Müştəri» tərəfindən bank hesabından çirkli pulların yuyulması, terorizmin maliyyələşdirilməsi və digər qeyri – leqal məqsədlər üçün istifadə edildikdə.
3.2.1. və 3.2.2. bəndləri ilə müəyyən olunan qaydada müqavilənin ləğv edilməsini tərəflər qarşı tərəfin razılığı olmadan birtərəfli qaydada həyata keçirir.
Müqavilə ləğv edildikdə «Müştəri»nin hesabı bağlanılır.
IV. BANK SİRRİ
Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bu cür məlumatların verilməsi halları istisna olmaqla, «Müştəri»nin bank hesabı və hesab üzrə apardığı əməliyyatlarının və «Müştəri» haqqında məlumatların sirrinə «Bank» qarantiya verir.
V. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
2.4.4.bəndi ilə müəyyən olunan vəzifəsinin icra müddəti «Müştəri» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün «Bank»a 8.1. bəndi ilə müəyyən olunan faiz dərəcəsinin ikiqat həcmində cərimə ödəməlidir.
2.4.5. bəndi ilə müəyyən olunan vəzifənin «Müştəri» tərəfindən icra edilməməsi nəticəsində «Bank»a dəyən zərər «Müştəri» tərəfindən ödənilməlidir.
VI. FORS-MAJOR
Fors-major (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, silahlı iğtişaşlar, moratorium və digər hallar) hallarında tərəflər müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilməməsinə görə bir-biri qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar. Göstərilən səbəblərdən müqavilənin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
«Bank» «Müştəri»nin bank hesabındakı pul vəsaitinə maneəsiz sərəncam vermək hüququna qarantiya verir.
Bu müqavilə Azərbaycan dilində, 2 (iki) nüsxədə və 1 (bir) vərəqdə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və nüsxələrdən biri «Bank»da, digəri isə «Müştəri»də saxlanılır.
Bu müqavilə qüvvəyə minənədək tərəflər arasında bağlanmış bütün eyni predmetli müqavilələr, sazişlər, protokollar və digər razılaşmalar öz qüvvəsini itirmiş hesab edilir.
VIII. HESABIN KREDİTLƏŞDİRİLMƏSİ ŞƏRTLƏRİ
«Müştəri»nin bank hesabında pul vəsaiti olmadıqda «Bank» «Müştəri»yə kredit verməklə (hesabın kreditləşdirilməsi) ödənişləri həyata keçirə bilər, bu zaman kreditdən istifadə qaydaları «Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinə əsasən tənzimlənir.
«Müştəri» 2.1.4. bəndi ilə müəyyən olunan qaydada «Bank»dan aldığı kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faizləri «Bank» ilə «Müştəri» arasında bağlanacaq kredit müqaviləsinin şərtlərlərinə əsasən «Bank»ın hesabına nağd və ya köçürmə yolu ilə ödəməlidir.
«Bank» 8.1. bəndi ilə müəyyən olunan qaydada verdiyi kredit məbləğinə limit müəyyən edə bilər.
IX. MÜBAHİSƏLƏRİN HƏLLİ
Bu müqavliənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.
Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Milli Bankın normativ – hüquqi aktları, «Bank»ın daxili qaydaları və digər normativ-hüquqi aktları ilə tənzimlənir.