Bank və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, fintexlər və təhlükəsizlik


-cü sənaye inqilabınını çagırışları



Yüklə 25,26 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü25,26 Kb.
#110232
1   2   3   4
4-cü sənaye inqilabınını çagırışları

Hazırda irimiqyaslı, mürəkkəb texnoloji innovasiyaların sürətlə inkişaf etdiyi, həyatımızın müxtəlif sferalarına daxil olduğu böyük bir dəyişikliklər dövrünü yaşayırıq. Üç sənaye inqilabını geridə qoyaraq, XX əsrin sonlarından etibarən süni intellekt, əşyaların interneti, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi müxtəlif sahələri əhatə edən yeni texnoloji nailiyyətlərə əsaslanan Dördüncü Sənaye İnqilabı dövründəyik. Yeni sənaye inqilabı yayılma sürəti, genişliyi və dərinliyi ilə fərqlənir, iqtisadiyyatda, biznesdə, cəmiyyətdə və insanlarda misli görünməmiş bir dəyişikliyinə aparan çox müxtəlif texnologiyaları bir araya gətirir.

Bütün sektorlara təsir göstərən dərin dəyişikliklərə şahidlik edirik. Yeni biznes modelləri ortaya çıxır, istehsal, istehlak, maliyyə, nəqliyyat, ümumilikdə dəyər zənciri müasir texnologiyalar əsasında yenidən formalaşır. Bəllidir ki, müasir texnologiyaların dinamik inkişafı həm kiber təhlükəsizlik aspektlərini, həmçinin də bu texnologiyaları idarə etmək bacarığına malik insan kapitalının formalaşdırılmasını zəruri edir. Yeni sənaye inqilabı bütün maraqlı tərəflərin – hökumətlərin, biznesin, akademik qurumların və vətəndaş cəmiyyətimizin yeni trendləri daha yaxşı başa düşmək və bu trendlərdən insanların rifah və maraqları üçün istifadə etmək məqsədilə birgə işləmək məsuliyyətini artırır.

4-cü nəsil sənaye inqilabı rəqəmsal inqilab olmaqla maliyyə sektorunda da formalaşmış biznes proseslərinə, maliyyə xidmətlərinə, müştəri münasibətlərinə ciddi təsir göstərməkdədir. Blokçeyn texnologiyalarından istifadə, süni intelektə əsaslanan tətbiqlər, biometrik həllər ənənəvi maliyyə xidmətlərini köklü dəyişməyə inkan verdi. Təbii ki, innovasiyaların tətbiqində aparıcı rola malik Fintex təşkilatlarının maliyyə bazarlarına daxil olması bu dəyişiklərin drayveri oldu. Sağlam və güclü rəqabət inkişafın təməlidir.

Bu günki forum məhz maliyyə sahəsindəki son innovasiyaları birgə müzakirə etmək, onlardan maksimum faydalanmaq üçün mühüm bir platforma rolunu oynayır.


Yüklə 25,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin