Bank və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, fintexlər və təhlükəsizlik


Pandemiyanın 4-cü nəsil inqilabına və ümumilikdə rəqəmsallaşmaya təsiri



Yüklə 25,26 Kb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü25,26 Kb.
#110232
1   2   3   4
Pandemiyanın 4-cü nəsil inqilabına və ümumilikdə rəqəmsallaşmaya təsiri

Pandemiya rəqəmsallaşmaya, innovasiyaların tətbiqinə olan zərurəti önə çıxartdı. Forbes jurnalının apardığı tədqiqatlara görə, COVİD-19 pandemiyası dünyada təhsil, biznes və insanların kommunikasiyalarını məsafədən həyata keçirməyə məcbur etdiyi üçün 4-cü sənaye inqilabının təklif etdiyi texnoloji həllər daha sürətlə inkişaf etməyə başladı. COVİD-19 təşkilatların və insanların bulud texnologiyası, süni intellekt, 5G şəbəkəsinin sürəti, böyük datalar və sair kimi ən son texnologiyalara etibarını sürətləndirdi.

Pandemiya rəqəmsal xidmətlərin istifadəsinə, əsasən də ödəniş xidmətlərinin istifadəsinə əhəmiyyətli təsir etmişdir. Beynəlxalq beyin mərkəzləri pandemiyanın rəqəmsal ödənişlərə göstərdiyi təsiri üzrə qiymətləndirmələr həyata keçirmişlər. Ernst&Young şirkətinin apardığı araşdırmalara görə, Avropa ölkəri üzrə 2020-ci ilin 8 ayı ərzində təmassız ödənişlərin həcmi 150%, mobil bankçılıq xidmətləri üçün qeydiyyatdan keçmiş müştərilərin sayı 200%, mobil bankçılıqdan istifadə üçün internet trafiki 85% artmışdır. B2B ödənişləri üzrə istifadəçilərin təxminən 60%-i elektron ödənişlərdən istifadəyə keçid ediblər. McKinsey təşkilatının apardığı araşdırmalara görə ödənişlər sektorunda 2020-ci ilin 6 ayı ərzində bankomatlardan istifadə təxminən 47% aşağı düşmüş, ani ödəniş sistemlərindən istifadə üzrə əməliyyatların həcmi isə 10% artmışdır.

Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında da rəqəmsallaşma səviyyəsi əhəmiyyətli artmış və innovativ ödəniş alətlərindən istifadə göstəricilərində kəskin yüksəliş müşahidə olunmuşdur. Belə ki, ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 34%, elektron ticarət əməliyyatlarının sayı 56%, həcmi isə 23% artmışdır.

Əlbət ki, bu göstəricilər Mərkəzi Bankın bank sektoru ilə Azərbaycanda rəqəmsal ödənişlərdən istifadənin genişlənməsi istiqamətində həyata keçirdiyi silsilə tədbirlərin məntiqi nəticəsidir.


Yüklə 25,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin