Bank və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, fintexlər və təhlükəsizlik


Rəqəmsallaşma istiqamətində AMB tərəfindən görülən işlər



Yüklə 25,26 Kb.
səhifə4/4
tarix10.01.2022
ölçüsü25,26 Kb.
#110232
1   2   3   4
Rəqəmsallaşma istiqamətində AMB tərəfindən görülən işlər

Bildiyiniz kimi, cənab Prezident tərəfindən 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə xüsusi bir Dövlət Proqramı Mərkəzi Bank, aidiyyəti dövlət təşkilatları və bank sektoru ilə birgə uğurla icra edildi. Bu proqramın uğurlu icrası nağd iqtisadiyyatın əhəmiyyətli azaldılması ilə yanaşı iqtisadi aktivliyin artırılması üçün imkanlar yaradır. Proqram çərçivəsində mühüm infrastruktur layihələri həyata keçirildi. 2020-ci ilin oktyabr ayında fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 7/24 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verən “Ani ödənişlər sistemi” yaradıldı. Bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün blokçeyn əsaslı “Rəqəmsal İdentifikasiya Sistemi” artıq real rejimdə istifadəyə verildi. Anı Ödəniş Sistemi layihəsi çərçivəsində bu həftə biz seçilmiş təsərrüfat subyektində ilk dəfə QR ödənişlərinin istifadəsini nümayiş etdirdik. Cari ildə biz QR və NFC ödənişlərin əhatə dairəsinin genişləndirilməsini strateji hədəf kimi qarşıya qoymuşuq.

Eyni zamanda, Dövlət Proqramı çərçivəsində Mərkəzi Bank tərəfindən bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlandı. Qanuna açıq bankçılıgın hüquqi aspektlərini, Fintexlərin yeni məhsullar təklif etməyə imkan verən “Səndboks” rejimi imkanlarını daxil etdik. Layihənin qəbulu ölkədə ödəniş ekosisteminin inkişafını, banklarla sıx əməkdaşlıq və azad rəqabət şəraitində Fintexlər tərəfindən ödəniş xidmətlərinin göstərilməsi imkanını yaradacaqdır.

Yekun

Bütövlükdə, bizim strateji baxışımız müasir maliyyə texnologiyaları üzrə ən son innovasiyaları iqtisadi agentlərin rahat, təhlükəsiz və sürətli ödəniş imkanlarının inkişafına yönəltməkdir. İnanırıq ki, bu strateji çətir ölkədə rəqəmsal ödənişlər ekosisteminin inkişafına, xüsusilə də e-ticarət, rəqəmsal və ani ödənişlər üzrə yüksəlişdə olan trayektoriyanın davam etdirilməsinə imkan verəcəkdir. Son məqsədimiz müasir maliyyə sistemində rəqəmsal ödəniş alətləri ilə iqtisadi dövriyyənin tam ağardılması və uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artım üçün maliyyə resursların təmin edilməsidir.

Yekun olaraq, bütün tədbir iştirakçılarına uğurlar diləyir və məhsuldar müzakirələr arzulayıram.

Diqqətiniz üçün təşəkkür edirəm!




Yüklə 25,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin