VTB (Azərbaycan)-ın hədəfə alınan korporativ müştəri seqmentləri
səhifə 19/29 tarix 07.01.2022 ölçüsü 244,75 Kb. #83875
VTB (Azərbaycan)-ın hədəfə alınan korporativ müştəri seqmentləri
Bankın korporativ biznesdə strateji məqsədi – bazarda korporativ müştərilərin kreditləri və depozitləri üzrə aparıcı mövqelərə nail olmaqdır ki, bu da özündə aşağıdakıları ehtiva edir:
İri korporativ müştərilərlə işlərin effektivliyinin yüksəldilməsi;
“Keyfiyyətli” müştərilərin fəal surətdə yenidən maliyyələşdirilməsi;
Orta seqmentdə portfelin artırılması;
Müasir hesablaşma məhsullarının çeşidi hesabına müştəri vəsaitlərinin cəlb edilməsi yolu ilə passivlərin dəyərinin azaldılması;
Komisyon məhsulların inkişafı (ilk növbədə, sənədli əməliyyatlar);
Biznesin bank-investisiya sahəsinin inkişaf etdirilməsi (VTB Kapital-ın bazasında Bİ xidmətlərinin yüksəldilməsi planlaşdırılır).
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Bank tərəfindən fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir:
Qərar qəbulunun operativliyinin təmin edilməsi məqsədilə kreditləşmə sahəsində biznes proseslərin optimallaşdırılması;
İnkişaf etməkdə olan biznesin tələblərinə uyğun olan risk-menecment sisteminin yaradılması;
Orta biznes üçün satış modelinin işlənib hazırlanması və tətbiq edilməsi;
Standart və adaptasiya olunmuş hesablaşma və depozit məhsullarının, həmçinin HKX-nin texnoloji məhsulalrının tətbiqi;
Sənədli məhsulların satış modelinin yaradılması;
Xarici banklarda lmitlərin əldə edilməsi.
Dostları ilə paylaş: