Fəsil 6. İnformasiya texnologiyaları və əməliyyat effektivliyi
Bank müasir proqram sistemlərindən istifadə etməyi planlaşdırır. Bu sistem ən azı aşağıdakı modulları əhatə etməlidir:
- Hesablar planı;
- Kreditlər;
- Depozitlər;
- Hesablaşma-kassa əməliyyatları;
- Hesabatlar;
- İİS;
- Sənədli əməliyyatlar;
- Qiymətli kağızlar;
Proqram təminatı nüfuzlu təchizatçıdan əldə edilməli və onun ən azı aşağıdakı xüsusiyyətləri olmalıdır:
- Real vaxt rejiminin dəstəklənməsi;
- Təsisçi bankın İT sistemlərinə inteqrasiya imkanı;
- İnzibatçı hüquqlarının əsas inzibatçı tərəfindən paylaşdırılması;
- Birdən artıq dilin dəstəklənməsi;
- İş prosesinin əməliyyatlar üzərində qurulması.
Dostları ilə paylaş: |