Kredit riskləri
Bankın kredit riskini müəyyən etmək və ölçmək üçün əsas məsuliyyəti risklərin idarə edilməsinə cavabdeh olan struktur daşıyır. Eyni zamanda, kreditin təhlili, verilməsi və monitorinqi prosedurlarında kredit risklərinin məqbul səviyyəyə endirilməsi diqqət mərkəzində olmalıdır;
Kredit təhlili proqramı müstəqil və əhatəli olmalıdır, kredit haqqında qərarın müvafiq daxili komitələr və/və ya şəxslər tərəfindən "dörd göz" prinsipinə riayət edilməklə qəbul edilməsi təmin olunmalıdır. Bu prosedurları həyata keçirən şəxslərin böyük təcrübəsi vardır və yeni qəbul edilən əməkdaşların müvafiq təcrübəsinin mövcudluğu seçim zamanı əsas amillərdən biri olacaqdır;
Mümkün kredit və lizinq itkilərinin örtülməsi üçün ehtiyatların yaradılması zamanı əsasən AR-nin Mərkəzi Bankının tələbləri nəzərə alınacaqdır.
Dostları ilə paylaş: |