Fəsil 2. Bank VTB (Azərbaycan) ASC haqqında ümumi məlumat
Bank VTB (Azərbaycan) ASC (bundan sonra – VTB (Azərbaycan) və ya Bank) 22 sentyabr 1993-cü il tarixində “Kontinent-Bank” SKB kimi yaradılmışdır. Sonralar QSC, daha sonra isə “AF-Bank” ASC adlandırılmışdır. 2009-cu ilin yanvarının əvvəlində Bank VTB ASC “AF-Bank” ASC-nin səhmlərinin 51%-ni əldə etmişdir, 2009-cu ilin fevralından bank Bank VTB (Azərbaycan) ASC kimi fəaliyyət göstərir.
VTB (Azərbaycan)-ın ali idarəetmə orqanı Səhmdarların Ümumi Yığıncağıdır. 01.01.2012-ci il tarixinə səhmdarların tərkibi aşağıdakı kimidir: Bank VTB ASC – 51%, “AtaHolding” ASC – 49,9%, Kamilov Əşrəf – 0,01%.
VTB (Azəbaycan) müstəqil hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi bank lisenziyası əsasında bank əməliyyatlarını həyata keçirir.
Bank hal-hazırda Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010, Nizami küçəsi, 96 ünvanında yerləşən icarə edilmiş binada yerləşir. Gələcəkdə VTB (Azərbaycan)-ın baş ofisinin yeni ünvana köçməsi nəzərdə tutulub.
2014-cü ilin sonuna 9 SN açılması nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |