Bank vtb (AZƏrbaycan) asc-nin 2012-2014-cü İLLƏRƏ olan strateji plani


VTB (Azərbaycan)-ın hədəfə alınan korporativ müştəri seqmentləri



Yüklə 244,75 Kb.
səhifə19/29
tarix07.01.2022
ölçüsü244,75 Kb.
#83875
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

VTB (Azərbaycan)-ın hədəfə alınan korporativ müştəri seqmentləri


Bankın korporativ biznesdə strateji məqsədi – bazarda korporativ müştərilərin kreditləri və depozitləri üzrə aparıcı mövqelərə nail olmaqdır ki, bu da özündə aşağıdakıları ehtiva edir:

  • İri korporativ müştərilərlə işlərin effektivliyinin yüksəldilməsi;

  • “Keyfiyyətli” müştərilərin fəal surətdə yenidən maliyyələşdirilməsi;

  • Orta seqmentdə portfelin artırılması;

  • Müasir hesablaşma məhsullarının çeşidi hesabına müştəri vəsaitlərinin cəlb edilməsi yolu ilə passivlərin dəyərinin azaldılması;

  • Komisyon məhsulların inkişafı (ilk növbədə, sənədli əməliyyatlar);

  • Biznesin bank-investisiya sahəsinin inkişaf etdirilməsi (VTB Kapital-ın bazasında Bİ xidmətlərinin yüksəldilməsi planlaşdırılır).

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Bank tərəfindən fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir:

  • Qərar qəbulunun operativliyinin təmin edilməsi məqsədilə kreditləşmə sahəsində biznes proseslərin optimallaşdırılması;

  • İnkişaf etməkdə olan biznesin tələblərinə uyğun olan risk-menecment sisteminin yaradılması;

  • Orta biznes üçün satış modelinin işlənib hazırlanması və tətbiq edilməsi;

  • Standart və adaptasiya olunmuş hesablaşma və depozit məhsullarının, həmçinin HKX-nin texnoloji məhsulalrının tətbiqi;

  • Sənədli məhsulların satış modelinin yaradılması;

  • Xarici banklarda lmitlərin əldə edilməsi.

Yüklə 244,75 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin