Bankın səhmdarları:
-
Bank VTB Açıq Səhmdar Cəmiyyəti – 51.0%; Rusiya Federasiyası, 190000, Sankt-Peterburq şəhəri, Bolşaya Morskaya küçəsi, ev 29;
-
«AtaHolding» Açıq Səhmdar Cəmiyyəti – 49.9%; Azərbaycan Respublikası, Bakı şəhəri, Z. Əliyeva küçəsi, 55, Yeni Həyat Plaza, 10-cu mərtəbə;
-
Kamilov Əşrəf Kamil oğlu – 0.01%; Azərbaycan Respublikasının vətəndaşı; Bakı şəhəri, ak. H. Əliyev küçəsi, ev 82.
Bankın Müşahidə Şurasının üzvləri:
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi və Bankın digər daxili sənədləri ilə Bankın Səhmdarlarının Ümumi Yığıncağının aidiyyatında olan məsələlərin həlli istisna olmaqla Bankın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.
Hazırda Müşahidə Şurasının tərkibinə daxildir:
-
Tsaryov Sergey Vladimiroviç – Səhmdarların növbəti Ümumi Yığıncağının 25.05.2012-ci il tarixli qərarı ilə 14.09.2014-cü il tarixinə qədər Müşahidə Şurasının Sədri təyin edilib (01/12 saylı Protokol, qərarın 2.3.-cü bəndi); Bank sistemində 14 illik iş təcrübəsinə malikdir;
-
İsmayılov Vüqar İsmət oğlu – Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 05.09.2012 -ci il tarixli qərarı ilə (02/12 saylı Protokol, qərarın 2.3.-cü bəndi) 14.09.2014-cü il tarixinə qədər Müşahidə Şurası Sədrinin müavini təyin edilib; Bank sistemində 10 illik iş təcrübəsinə malikdir;
-
Əsədov Fərid Fuad oğlu - Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 14.09.2011-ci il tarixli qərarı ilə (02/11 saylı Protokol, qərarın 2.6.-cı bəndi) 14.09.2014-cü il tarixinədək Müşahidə Şurasının üzvü təyin edilib; Bank sistemində 3 illik iş təcrübəsinə malikdir1.
-
Skrınçenko Anna Aleksandrovna – Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 05.09.2012-ci il tarixli qərarı ilə (02/12 saylı Protokol, qərarın 2.2.-ci bəndi) 14.09.2014-cü il tarixinədək Bankın Müşahidə Şurasının üzvü təyin edilib; bank sahəsində 15 illik iş təcrübəsi var.
İdarə Hevətinin üzvləri:
İdarə Heyəti Bank VTB (Azərbaycan) ASC-nin kollegial orqanı olub Bankın cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. Bankın İdarə Heyəti Bankın Səhmdarlarının Ümumi Yığıncağına və Bankın Müşahidə Şurasına hesabat verir.
İdarə Heyətinin tərkibinə daxildir:
-
Aleksandr Yuryeviç Yeryomin - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin Sədri;
Bank sistemində 17 illik təcrübəyə malikdir; 2011-ci ilin dekabr ayından etibarən Bank VTB (Azərbaycan) ASC-də çalışır. Bankın Müşahidə Şurasının 18.10.2011-ci il tarixli qərarı ilə 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin Sədri təyin edilib (10 saylı Protokol, qərarın 1.2.-ci bəndi).
-
Zaur Vaqif oğlu Rəsulov – Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; Bank sistemində 7 illik təcrübəyə malikdir; 2011-ci ilin dekabrından Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü və Korporativ biznes idarəsinin rəhbəridir. Bankın Müşahidə Şurasının 24.10.2011-ci il tarixli qərarı ilə (11 saylı Protokol, qərarın 3.4.-cü bəndi) Bankın İdarə Heyətinin üzvü təyin edilib. Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (14 saylı Protokol, qərarın 1.2.-ci bəndi) 26.11.2013-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib; Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (14 saylı Protokol, qərarın 1.2.-ci bəndi) İdarə Heyətinin üzvü Z.V. Rəsulovun səlahiyyət müddəti 26.11.2013-cü il tarixinədək uzadılmışdır.
-
İlnur İldaroviç Salyaxov – Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 11 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Pərakəndə biznesin inkişafı Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 08.02.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.4.-cü bəndi) 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
-
Kristioqlo Georgiy Nikolayeviç - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 7 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Risklər və monitorinq Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 08.02.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.1.-ci bəndi) 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
-
Novruzov İlqar Zülfüqar oğlu - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 6 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Maliyyə Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.4.-cü bəndi) 26.11.2013-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
Dostları ilə paylaş: |