Təşkilati Struktur:
Təşkilati strukturda icra struktur bölmələri ilə yanaşı məşvərətçi-nəzarət struktur bölmələri olan komitələrə də mühüm yer verilir. Belə ki, Bankda 4 komitə fəaliyyət göstərir: Riskləri idarəetmə Komitəsi, Kredit Komitəsi, Aktiv və Passivləri idarəetmə Komitəsi, İnformasiya texnologiyaları Komitəsi.
Risklərin idarə edilməsi Komitəsi bankın fəaliyyəti nəticəsində yaranan bütün növ risklərin idarə edilməsi ilə bağlı siyasətlərin, prosedurların, limitlərin müəyyən olunması və qiymətləndirilməsi, digər bankdaxili komitələrin fəaliyyətinin koordinasiya edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Kredit Komitəsi Bankın fəaliyyətində yaranan bütün növ kredit risklərinin idarə edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Aktiv və Passivləri idarəetmə Komitəsi Bankın fəaliyyətində yaranan likvidlik və bazar risklərinin, ümumiyyətlə aktiv və öhdəliklərin idarə edilməsi üçün məsuliyyət daşıyır.
İnformasiya texnologiyaları Komitəsi bankın fəaliyyətində istifadə olunan informasiya texnologiyalarının təhlükəsizliyini, fasiləsiz işinin təmin edilməsi və informasiya texnologiyaları ilə əlaqədar yarana biləcək risklərin idarə edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Dostları ilə paylaş: |