BANK VTB (AZƏRBAYCAN) ASC-nin
2012-2014-cü İLLƏRƏ OLAN
STRATEJİ PLANI
MÜNDƏRİCAT
Fəsil 1. Ümumi müddəalar…………………………………………………………………….......3
Fəsil 2. Bank haqqında ümumi məlumat.……………………………………................................3
Fəsil 3. Bankın strategiyasının əsas məqsədləri .........................................................................3
İqtisadi komponentlərin təhlili..........................................................................................................3
Hədəfə alınan pərakəndə müştəri seqmenti.................................................................................. 11
Hədəfə alınan korporativ müştəri seqmenti..................................................................................14
Bankın aldığı kreditlərin və cəlb etdiyi depozitlərin əsas mənbələri..........................................15 Fəsil 4. İdarəetmə planları, Müşahidə Şurası və İdarə Heyəti, Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarları................................................................................................................................16
Bankın Müşahidə Şurasının üzvləri..............................................................................16 Bankın təşkilati strukturu............................................................................................................16
Fəsil 5. Mühasibat uçotu haqqında məlumat, uçot sistemləri və daxili nəzarət....................17 Audit prosedurları............................................................................................................................17 Daxili nəzarət prosedurları..............................................................................................................18 Aktivlərin keyfiyyətinin təhlili.........................................................................................................18 Risklərin idarə edilməsi...................................................................................................................18 Qaydalara riayət edilməsinə nəzarət..............................................................................................18
Fəsil 7. Maliyyə və risklərin idarə edilməsi...................................................................................18
Likvidlik və vəsaitlərin cəlb edilməsi..............................................................................................19
Bazar riskinə həssaslıq.....................................................................................................................19 Kredit riskləri...................................................................................................................................20 Fəsil 8. Maliyyə hesabatlığı..............................................................................................................20
Qısa şərhlər:
XFG – Xalis Faiz Gəlirləri
SME – Small Medium Enterprice
CIB – Corporate Investment Banking
HŞ – Hüquqi Şəxslər
FŞ – Fiziki Şəxslər
BO – Baş Ofis
OB – Orta Biznes
XKG – Xalis Komisyon Gəlirləri
İİS – İdarəedici İnformasiya Sistemləri
SN – Satış Nöqtələri
!2015-2016-cı illərin göstəriciləri informasiya xarakterlidir.
Fəsil 1. Ümumi müddəalar
Bank VTB (Azərbaycan) ASC Rusiya Federasiyasının bank sektorunun liderlərindən biri olan Bank VTB Açıq Səhmdar Cəmiyyətinin törəmə bankıdır. Onun əsas səhmdarı 75.5%-lik pay sahibi olan Rusiya Federasiyasının hökumətidir. Bank VTB (Azərbaycan) ASC universal kommersiya bankı olmaqla, əsas xidmət hədəfi orta və kiçik sahibkarlıq subyektləri və pərakəndə bankçılıq olacaqdır. İri biznesə bank xidmətinin göstərilməsinə nisbətən az yer ayrılacaqdır.
Bank VTB (Azərbaycan) ASC-nin uğurlu fəaliyyətini Azərbaycan Respublikasında (bundan sonra - AR) fəaliyyət göstərən digər banklardan fərqləndirən əsas təyinedici amillər aşağıdakılardır:
-
VTB Qrupunun təcrübəsi və texnologiyalarından istifadə;
-
Yüksək səviyyəli professional menecment, vahid komanda ruhu.
Fəsil 2. Bank VTB (Azərbaycan) ASC haqqında ümumi məlumat
Bank VTB (Azərbaycan) ASC (bundan sonra – VTB (Azərbaycan) və ya Bank) 22 sentyabr 1993-cü il tarixində “Kontinent-Bank” SKB kimi yaradılmışdır. Sonralar QSC, daha sonra isə “AF-Bank” ASC adlandırılmışdır. 2009-cu ilin yanvarının əvvəlində Bank VTB ASC “AF-Bank” ASC-nin səhmlərinin 51%-ni əldə etmişdir, 2009-cu ilin fevralından bank Bank VTB (Azərbaycan) ASC kimi fəaliyyət göstərir.
VTB (Azərbaycan)-ın ali idarəetmə orqanı Səhmdarların Ümumi Yığıncağıdır. 01.01.2012-ci il tarixinə səhmdarların tərkibi aşağıdakı kimidir: Bank VTB ASC – 51%, “AtaHolding” ASC – 49,9%, Kamilov Əşrəf – 0,01%.
VTB (Azəbaycan) müstəqil hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi bank lisenziyası əsasında bank əməliyyatlarını həyata keçirir.
Bank hal-hazırda Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010, Nizami küçəsi, 96 ünvanında yerləşən icarə edilmiş binada yerləşir. Gələcəkdə VTB (Azərbaycan)-ın baş ofisinin yeni ünvana köçməsi nəzərdə tutulub.
2014-cü ilin sonuna 9 SN açılması nəzərdə tutulmuşdur.
Fəsil 3. Bank VTB (Azərbaycan) ASC-nin strategiyasının əsas məqsədləri İqtisadi komponentlərin təhlili
İqtisadi proqnozlaşdırmanın təsviri
Azərbaycan Respublikasının iqtisadiyyatının potensialı
-
Ölkə iqtisadiyyatının makroiqtisadi və maliyyə sabitliyi;
-
Son beş il ərzində sabit valyuta;
-
Bank təşkilatlarının yüksək artım imkanları;
-
İqtisadiyyatın yüksək marjinallığı, əsasən kiçik biznes seqmentində;
-
Bazarın kiçik biznes seqmentinin fəal artımı;
-
Əhalinin gəlirlərinin daimi artımı - bazarın pərakəndə biznes seqmentinin artımı;
-
Bazarın orta biznes seqmentinin genişləndirilməsi - korporativ müştərilərin portfelini artırmaq potensialı;
-
CIB-in maraq obyektini təşkil edən “iri” yerli müştərilərin olması;
-
Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir;
-
2011-ci ilin nəticələrinə görə ÜDM - 62,5 milyard ABŞ dollar təşkil edir ki bu da Gürcustanın ÜDM-dan 4 dəfə çoxdur;
-
İnflyasiya 7,9 % (2011-ci il), 7,0 % (2012-ci il), 5,6 % (2013-cü il) səviyyəsindədir;
-
İqtisadiyyatın böhrandan əvvəlki səviyyədə bərpası 2010-cu ildə baş vermişdir.
-
Ödəniş balansının yüksək profisit şəraitində manatın ABŞ dollarına münasibətdə məzənnəsi sabit olaraq qalır və Azərbaycan Respublikası Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatları 2011-ci il ərzində 64% artaraq 10.5 milyard dollara catdırılıb.
Cədvəl 4. Regionun maktoiqtisadi təhlili
-
İqtisadiyyatın kiçik "kreditləşdirilməsi" - 20%. Müqayisə üçün, Ukraynada bu rəqəm 66% təşkil edir. Manatla verilən kreditlərin payı dəyişməz olaraq qalır və ~ 65% təşkil edir.
-
Sektor və region üzrə kredit portfelinin strukturu da daimidir, belə ki, 28,6% ticarət və xidmət, 33%-i məişət kreditlərinin payına düşür. Bank sistemində kifayət qədər likvidlik var - ümumi likvid aktivlərin payı təxminən 15%-dir. Öz növbəsində, bank sektorunda hiss olunacaq risklərin mövcudluğu nəticə etibarilə kreditlərin faiz dərəcələrinin yüksək olmasına təsir edir. Lakin tədricən bu faizlərin azalmasının davamlı tendensiyası müşahidə olunur. Ehtiyatlarının ümumi kredit portfelinə olan nisbəti 7% təşkil edir.
Cədvəl 5. Azərbaycan Respublikasının korporativ bank bazarı.
Kredit portfeli tam olaraq hüquqi şəxslərin vəsaitləri hesabına maliyyələşdirilmir, qismən fiziki şəxslərin və maliyyə təşkilatlarından cəlb olunmuş vəsaitlər ilə maliyyələşdirilir.
-
Müştərilərin statusunu daha dəqiq əks etdirmək üçün Azərbaycanda fəaliyyət göstərən bütün banklarda idarə hesabatlığından istifadə olunur;
-
Korporativ müştərilərə sənədli biznesin sabit artımı (2009-cu ildən başlayaraq 2 dəfədən çox);
-
Bazar xüsusiyyətlərinə əsaslanaraq kreditlərin ödənişində annuitet yanaşmadan istifadə.
Cədvəl 6. Azərbaycan Respublikasının pərakəndə bank bazarı
-
Digər bankların "keyfiyyətli" müştərilərinin yenidən maliyyələşdirilməsi;
-
Korporativ müştərilərə "kiçik biznesə" olduğu kimi sadələşdirilmiş prosedurlarla kreditin verilmə imkanı və əlavə maliyyələşdirilməsi;
-
Kredit məhsullarının dəyərinin azaldılması - VTB tərəfindən maliyyələşdirilməsi, kredit valyutası ABŞ dolları;
-
Sənədli əməliyyatların inkişafı;
-
Orta biznesdə satış modelinin tətbiqi;
-
İşçilərin qəbulu. Daxili qaydaların işlənib hazırlanması.
Azərbaycan Respublikasının pərakəndə bank bazarı
-
Fiziki şəxslərə verilən kreditlərin penetrasiya əmsalı son 10 ildə 6 dəfədən çox artıb. Lakin kreditlərin penetrasiyası çox deyil, xüsusilə pərakəndə biznes seqmentində - ÜDM-in 7% (Ukrayna - 17%, Qazaxstan - 12%);
-
Əhalinin əmanətləri ≈ 20 milyard dollar təşkil edir, banklarda olan depozitlərin məbləği ≈5 milyard dollardır. Adambaşına düşən əmanət məbləği 560$ təşkil edir (Rusiyada təqribən ≈ 2800 $).
-
2011-2013-cü illərdə FŞ kreditləşdirilməsinin artım tempi 15-17% səviyyəsində saxlanılır, depozitlərin artım tempi18-16%;
Azərbaycan Respublikasının pərakəndə bank bazarının rəqabət mühiti
-
Bazarda əhəmiyyətli pərakəndə oyunçular çatışmazlığı var. Müştərilər ilə əlaqə adətən bir məhsulla məhdudlaşır, çarpaz satışlar bazarı zəif inkişaf edib;
-
Aylıq gəliri 800 – 1000 $ arasında olan müştərilər bankların stasionar ofislərinin potensial gəlirli müştəriləri hesab olunur, digər seqmentlər isə POS-kreditləşmənin ucuz məsrəfli, yüksək marjinallı modeli üçündür;
-
İnternet-bankçılıqdan əhalinin 10%-dən az bir hissəsi istifadə edir;
-
Yerli bazarın xüsusiyyətlərindən biri bütün bankların geniş filial şəbəkəsinin olmamasıdır; (filialların çoxu Bakıda cəmlənib). Bankın 4,8 min nəfərlik bir filialı Bakıda yerləşir, regionlarda bu rəqəm ≈ 20,7 min nəfərə çatır (Ukraynada 2 min nəfərə - 1, Qazaxıstanda 4 min nəfərə 1 nəfər düşür).
Bankın maraq göstərdiyi istiqamətlərin xüsusiyyətləri və onlara təsir göstərən amillərin təsviri
Cədvəl 7: Bankın pərakəndə biznesinin kredit portfelinin artımının məqsədləri və mənfəətin əldə edilməsinin planlaşdırılması
-
2012-ci il – layihənin faktiki «re-startı»;
-
2013-2014-cü illər – biznesin əsas artımı növbəti illərdə (2013-cü ildən başlayaraq) nəzərdə tutulub;
-
2014-2016-cı illər – mənfəətin əldə olunması şəbəkənin tam işə salınmasından sonra baş verir (2014-cü ildən başlayaraq).
Bank VTB (Azərbaycan)-ın korporativ biznesinin inkişafı
Cədvəl 8: Korporativ biznesin kredit portfeli, mln. manat
Bankın korporativ biznes bazarında payı
Azərbaycan bankarının korporativ müştərilərinin seqmentasiyası
I Seqment
Bazar:
Bu seqmenti kiçik biznes seqmentindən ayırmaq mümkün deyil, belə ki, rəqib banklarda SME anlayışı verilən kredit məbləği ilə müəyyən edilir (3-5 mln. AZN qədər).
Borcalanın portreti:
-
Biznesin şəffaflığının aşağı olması;
-
Daşınmaz əmlakın girovu ilə təmin edir;
-
Yanaşı gedən bank məhsullarının fəal istifadəçilərinin olmaması (əsasən pul vəsaitinin mədaxili /məxarici)
Rəqabət:
Çox yüksək – Azərbaycanda bütün banklar AYİB (idarə hesabat + sürət) yanaşmalarından istifadə etməklə bu seqment ilə işləyir.
Məhsullar:
Bütün məhsullar (investisiya və layihənin maliyyələşdirilməsi istisna olmaqla),
Həyata keçirilməsi üzrə məsul VTB bölməsi:
VTB (Azərbaycan)
II Seqment
Bazar:
Azərbaycanın hüquqi şəxslərin kredit bazarının 45%-dən çoxu.
Borcalanın portreti:
-
Biznesin şəffaflıqı;
-
Şirkətlərin dövriyyəsi banklarda olan hesablar ilə aparılır;
-
Təminat – əsasən şirkətlərin cari aktivləri və əlaqədar şirkətlərin zaminliyi;
-
Yanaşı gedən bank məhsullarının fəal istifadəçiləri (sənədli biznes və s.).
Rəqabət:
Yüksək. Lakin Azərbaycanda bu seqment ilə yalnız bir neçə bank fəal çalışır.
Məhsullar:
İnvestisiya məhsulları istisna olmaqla bütün məhsullar.
Həyata keçirilməsi üzrə məsul VTB bölməsi:
VTB Qrupu (məsul bölmə müəyyən edilməyib)
III Seqment
Bazar:
Azərbaycanın hüquqi şəxslərin kredit bazarının ~ 19%-i.
Borcalanın portreti:
-
Əsas etibarilə, iri dövlət müəssisələri;
-
Biznesin şəffaflığı;
-
İxtisaslaşmış maliyyə menecmenti;
-
Yüksək likvidlik, bank borcları ilə az yüklənmə;
-
Fərdi yanaşma üzrə tələblər, qiymət həssaslığı;
-
Yanaşı gedən bank məhsullarının fəal istifadəçiləri (cash-management, informasiya təhlükəsizliyi məhsulları və s.)
Rəqabət:
Qlobal investisiya bankları
Məhsullar:
İnvestisiya məhsulları daxil olmaqla bütün məhsullar.
Həyata keçirilməsi üzrə məsul VTB şöbəsi:
CIB
Korporativ müştərilərin passivlərinin cəlb olunması
Bank VTB (Azərbaycan)-ın korporativ müştərilərin əsas seqmenti orta müştərilərdir, bununla yanaşı iri müştərilər passiv müştərilər hesab olunur.
Əsas depozitlər - sığorta şirkətlərinin 1-2 illik müddətə olan depozitləri.
Məqsəd: 2014-cü ilə - hüquqi şəxslərinin passivləri bazarının 0.5%-i
Cədvəl 9: Bankın Korporativ müştərilərinin vəsaitləri
Bank VTB (Azərbaycan)-ın korporativ müştərilərinin vəsaitlərinin cəlb edilməsinin strukturu:
Xalis əməliyyat gəlirlərində nəzərdə tutulmuş komisyon gəlirinin hədəf payının komisyon məhsullarının (sənədli əməliyyatların) inkişafı hesabına nail olunması.
Bank VTB (Azərbaycan)-ın sənədli əməliyyatlar porfelinin strukturu, mln. AZN
2011-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard AZN təşkil edib
(2010-cu illə müqayisədə 9% artıb).
Azərbaycanın ən böyük təchizatçısı Rusiya Federasiyasıdır - ümumi idxalın 17%-ni təşkil edir. 2000-2010-cu illər ərzində Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin həcmi hər iki ölkənin iqtisadi artım tempinə prororsional olaraq artmışdır. Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük iqtisadi tərəfdaşı olaraq qalır.
Rəqabətli təhlil
Bazar seqmentinin əsas xüsusiyyətləri
Cədvəl 1: Azərbaycan Respublikasınən TOP-10 bankların 2012-ci ilin I yarımilinə olan əsas maliyyə göstəriciləri (MHBS)
AZƏRBAYCAN BANKLARINDA TƏQDIM EDILƏN ƏSAS MƏHSULLAR
VTB (Azərbaycan)-ın hədəfə alınan pərakəndə müştəri seqmentləri -
2011-ci ildə ölkədə yaşayan əhali ≈ 9 milyon nəfər;
-
31.12.2011-ci il tarixinə əmək qabiliyyətli əhalinin sayı ≈ 6 nəfər;
-
VTB (Azərbaycan) bütün bank xidmətlərinin istifadəçilərinin 48%-ni əhatə edən üç üst seqment ayırd edir;
- Hədəfə alınan müştəriləri seqmenti iki əlaməti üzrə ayırd edilib: 21-50 yaş arası və aylıq əmək haqqı 300 manat və yuxarı (bank xidmətləri istifadəçilərinin 39%-i və ölkənin əmək qabilliyyətli əhalisinin 25%-i).
Cədəvl 1: Hədəfə alınan müştəri seqmenti
-
Fiziki şəxslərin - bank məhsulları istifadəçilərinin bazarı çox zəif bölünüb, müxtəlif şəkildə ayırd edilən seqmentlərin davranış xüsusiyyətləri bir-birinə olduqca yaxındır;
-
Bank xidmətləri bazarı kifayət qədər inkişaf etməmişdir - müştəri seqmentlərinin əksər hissəsi əmək haqqı kartlarına və kommunal xidmətlərinin ödənilməsinə maraq göstərir;
-
Pərakəndə müştərilərin davranış xüsusiyyətləri hədəf seqmentləri üzrə kifayət qədər dəqiq fərqləndirilməyib, bu da Azərbaycanda 21-50 yaş arası və aylıq əmək haqqı 300 manat və yuxarı olan əmək qabilliyyətli əhalini birləşdirən vahid hədəf seqmentinin olması barədə nəticəyə gəlməyə əsas verir.
Bankın fəaliyyətinin əsas istiqamətləri
Bankın inkişaf strategiyası əsasən kiçik və orta biznesə və fiziki şəxslərə xidmət edən universal bankın yaradılmasını nəzərdə tutur. Bank korporativ biznes üçün aşağıdakı xidmətləri təklif edir: hesablaşma-kassa əməliyyatlarının bütün növləri, müxtəlif kredit məhsulları (qısa, orta və uzunmüddətli), sənədli əməliyyatlar, qarantiyalar, investisiya xarakterli bank məhsulları.
Bankın pərakəndə biznesin inkişafı sahəsindəki fəaliyyəti daha balanslaşdırılmış olacaq. Məhsul çeşidi əsas kredit məhsullarını əhatə edəcək.
Bankın biznesin pərakəndə istiqaməti üzrə planlaşdırılan nailiyyətlətlər:
2014-cü ilin sonuna aşağıdakı məhsulların satışı planlaşdırılır:
-
Nağd kreditlər (CASH) (cari portfel ≈ 2.5 mln. USD);
-
Avtokredit məhsulları: “Аvtostandart” və “Аvtoekspress” (cari portfel ≈16.5 mln. USD);
-
Kiçik biznes kreditləri: “Мikrokredit”, “kiçik biznes krediti”, “İnkişaf kreditləri” (cari portfel ≈ 8.3 mln. USD);
-
Uzunmüddətli istifadə təyinatlı mallara kredit (POS-kreditlər) tətbiqi 2012-ci ildən planlaşdırılır.
Strategiyaya uyğun olaraq servis məhsullarının inkişafı planlaşdırılır: sığorta, pul köçürmə və valyuta-mübadilə əməliyyatları, əmək haqqı lahiyələri.
Bununla yanaşı, “Private Banking”-in inkişaf etdirilməsi planlaşdırılır ki, bu da öz növbəsində VIP müştərilərdən vəsaitlərin cəlb edilməsi yolu ilə müştəri resurslarının portfelini artırmağa imkan verəcəkdir. Gələcəkdə belə müştərilərə hesab və vəsaitlərin idarə edilməsi xidmətləri də təklif ediləcəkdir. Eyni zamanda, VTB24 Bankının təcrübəsindən istifadə edərək, uzaq məsafədən bank xidmətinin göstərilməsi fəal şəkildə tətbiq ediləcəkdir (telefon bankçılığı, internet bankçılığı). “Private Banking”-in inkişafı 2013-cı ildən tez baş tutmayacaq.
Geniş filial şəbəkəsi olmadıqda – Bank alternativ satış kanallarının fəal inkişaf etdirilməsini planlaşdırır.
Cədvəl 2: Satış kanalları üzrə Bankın kredit portfelinin strukturu
2011-ci ilin kreditləri 2013-cü ilin kreditləri 2015-ci ilin kreditləri 2015-ci ilin vəsaitləri
-
VTB Qrupunun banklarının uğurlu təcrübəsinə əsaslanaraq Bankın imkanları hesabına “call-center”-in yaradılması planlaşdırılıb;
-
Veb-saytın pərakəndə biznes kanalı olaraq modernləşdirilməsi kredit sifarişlərinin ABS-ə sonrakı inteqrasiyasını nəzərdə tutmaqla bir neçə məhsul üzrə kredit sifarişlərinin yerləşdirilməsini (məhsul reklamının yerləşdirilməsi və s) ehtiva edir;
-
Tərəfdaşlıq şəbəkəsinin qurulması: 43 pərakəndə satış nöqtələrində Bank işçiləri üçün kənar iş yerlərinin açılması.
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Bank fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir. Planlaşdırılan 3 illik dövr ərzində Bankın satış nöqtələri və işçi sayının göstəriciləri belə olacaqdır:
|
1-ci il
|
2-ci il
|
3-cü il
|
Filiallar
|
4
|
7
|
9
|
İşçilər
|
235
|
325
|
386
|
Filial şəbəkəsinin yaradılması və inkişafına çəkilən xərclər/investisiyalar binanın icarəsi və təmiri xərclərini, kommunal xidmətlərin ödənişini, təhlükəsizlik sistemlərinin yaradılması və saxlanmasına çəkilən xərcləri, əsas vəsaitlərin (avtomobillər, mebel, kompüterlər, telefonlar, bankomatlar və s.) alınmasına sərf edilən investisiyaları və onların amortizasiyasını əhatə edir.
İşçi heyətinə aid edilən xərclər əmək haqqı fondunu, əməkdaşlara verilən bonusları, tibbi sığortanı, treninq və müxtəlif korporativ tədbirlərin təşkilinə çəkilən xərcləri əhatə edir.
Bankın inkişaf strategiyası bütün məhsul çeşidinin fəaliyyətin birinci ilindən tətbiq edilməsini nəzərdə tutur.
İdarəedici bank kimi çıxış edərək sindikativ kreditləşdirmə formasında və ya birbaşa Bank VTB ASC-nin balansından iri kredit əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Planlaşdırılan dövr ərzində Bank kredit portfelinin sekyuritizasiyasının həyata keçirilməsini nəzərdə tutmur.
VTB (Azərbaycan)-ın hədəfə alınan korporativ müştəri seqmentləri
Bankın korporativ biznesdə strateji məqsədi – bazarda korporativ müştərilərin kreditləri və depozitləri üzrə aparıcı mövqelərə nail olmaqdır ki, bu da özündə aşağıdakıları ehtiva edir:
-
İri korporativ müştərilərlə işlərin effektivliyinin yüksəldilməsi;
-
“Keyfiyyətli” müştərilərin fəal surətdə yenidən maliyyələşdirilməsi;
-
Orta seqmentdə portfelin artırılması;
-
Müasir hesablaşma məhsullarının çeşidi hesabına müştəri vəsaitlərinin cəlb edilməsi yolu ilə passivlərin dəyərinin azaldılması;
-
Komisyon məhsulların inkişafı (ilk növbədə, sənədli əməliyyatlar);
-
Biznesin bank-investisiya sahəsinin inkişaf etdirilməsi (VTB Kapital-ın bazasında Bİ xidmətlərinin yüksəldilməsi planlaşdırılır).
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Bank tərəfindən fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir:
-
Qərar qəbulunun operativliyinin təmin edilməsi məqsədilə kreditləşmə sahəsində biznes proseslərin optimallaşdırılması;
-
İnkişaf etməkdə olan biznesin tələblərinə uyğun olan risk-menecment sisteminin yaradılması;
-
Orta biznes üçün satış modelinin işlənib hazırlanması və tətbiq edilməsi;
-
Standart və adaptasiya olunmuş hesablaşma və depozit məhsullarının, həmçinin HKX-nin texnoloji məhsulalrının tətbiqi;
-
Sənədli məhsulların satış modelinin yaradılması;
-
Xarici banklarda lmitlərin əldə edilməsi.
Bankın alacağı kreditlərin və cəlb ediləcək depozitlərin əsas mənbələri Maliyyələşmənin əsas prinsipləri:
1. Effektiv faiz dərəcəsi 17%-dən yuxarı olan kreditlərin yerli bazardan cəlb olunmuş depozitlər (orta illik faiz dərəcəsi 11%) hesabına maliyyələşdirmək mümkündür. Bu kateqoriyaya nağd kreditlər, POS-kreditlər, mikrokreditlər daxildir və manatla maliyyələşdirilməsi vacibdir. Bank VTB (Azərbaycan) ASC bu vəsaitləri sərbəst olaraq cəlb edə bilər.
Cədvəl 3: Ümumi kredit portfelinin maliyyələşdirilməsi, mln. manat
2. Effektiv faiz dərəcəsi 17%-dən aşağı olan kreditlər yerli bazardan cəlb olunmayan banklararası vəsaitlər hesabına maliyyələşdiriləcək. Bu kateqoriyaya bütün korporativ kreditlər, orta və kiçik kreditlər, avtokreditlər daxildir və dollar vəsaitləri hesabına maliyyəlləşdirilməsi vacibdir (cəlb edilmənin illik faiz dərəcəsinin diapazonu 5%-dən 10%-ə qədər).
3. Bu günə mövcud bazar şərtləri ilə Bank VTB (Azərbaycan) VTB Qrupunun dəstəyi olmadan xarici valyuta portfelinin inkişafı üçün tələb olunan dollar vəsaitinin təxminən 40%-ni özü cəlb edə bilər. Lakin bu Bank üçün VTB Qrupundan cəlb olunan vəsaitlərdən 2-3% çox olacaq.
4. Lakin Bankın aktivlərini nəzərə alaraq, Bank VTB (Azərbaycan) kifayət qədər limitlərin alınmasını təmin edə bilməz və buna görə banklararası bazarda 40% həcmində cəlb edilmiş vəsaitləri təmin etməz.
Bazar seqmentinin təhlili Fəsil 4. İdarəetmə planları, Müşahidə Şurası və İdarə Heyəti, Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarları
Səhmdarların Ümumi Yığıncağı Bank VTB (Azərbaycan) ASC-nin ali idarəetmə orqanı olub Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi, Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnaməsi və Bankın digər daxili sənədləri əsasında fəaliyyət göstərir.
Bankın səhmdarları:
-
Bank VTB Açıq Səhmdar Cəmiyyəti – 51.0%; Rusiya Federasiyası, 190000, Sankt-Peterburq şəhəri, Bolşaya Morskaya küçəsi, ev 29;
-
«AtaHolding» Açıq Səhmdar Cəmiyyəti – 49.9%; Azərbaycan Respublikası, Bakı şəhəri, Z. Əliyeva küçəsi, 55, Yeni Həyat Plaza, 10-cu mərtəbə;
-
Kamilov Əşrəf Kamil oğlu – 0.01%; Azərbaycan Respublikasının vətəndaşı; Bakı şəhəri, ak. H. Əliyev küçəsi, ev 82.
Bankın Müşahidə Şurasının üzvləri:
Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi və Bankın digər daxili sənədləri ilə Bankın Səhmdarlarının Ümumi Yığıncağının aidiyyatında olan məsələlərin həlli istisna olmaqla Bankın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir.
Hazırda Müşahidə Şurasının tərkibinə daxildir:
-
Tsaryov Sergey Vladimiroviç – Səhmdarların növbəti Ümumi Yığıncağının 25.05.2012-ci il tarixli qərarı ilə 14.09.2014-cü il tarixinə qədər Müşahidə Şurasının Sədri təyin edilib (01/12 saylı Protokol, qərarın 2.3.-cü bəndi); Bank sistemində 14 illik iş təcrübəsinə malikdir;
-
İsmayılov Vüqar İsmət oğlu – Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 05.09.2012 -ci il tarixli qərarı ilə (02/12 saylı Protokol, qərarın 2.3.-cü bəndi) 14.09.2014-cü il tarixinə qədər Müşahidə Şurası Sədrinin müavini təyin edilib; Bank sistemində 10 illik iş təcrübəsinə malikdir;
-
Əsədov Fərid Fuad oğlu - Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 14.09.2011-ci il tarixli qərarı ilə (02/11 saylı Protokol, qərarın 2.6.-cı bəndi) 14.09.2014-cü il tarixinədək Müşahidə Şurasının üzvü təyin edilib; Bank sistemində 3 illik iş təcrübəsinə malikdir1.
-
Skrınçenko Anna Aleksandrovna – Səhmdarların növbədənkənar Ümumi Yığıncağının 05.09.2012-ci il tarixli qərarı ilə (02/12 saylı Protokol, qərarın 2.2.-ci bəndi) 14.09.2014-cü il tarixinədək Bankın Müşahidə Şurasının üzvü təyin edilib; bank sahəsində 15 illik iş təcrübəsi var.
İdarə Hevətinin üzvləri:
İdarə Heyəti Bank VTB (Azərbaycan) ASC-nin kollegial orqanı olub Bankın cari fəaliyyətinə rəhbərliyi həyata keçirir. Bankın İdarə Heyəti Bankın Səhmdarlarının Ümumi Yığıncağına və Bankın Müşahidə Şurasına hesabat verir.
İdarə Heyətinin tərkibinə daxildir:
-
Aleksandr Yuryeviç Yeryomin - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin Sədri;
Bank sistemində 17 illik təcrübəyə malikdir; 2011-ci ilin dekabr ayından etibarən Bank VTB (Azərbaycan) ASC-də çalışır. Bankın Müşahidə Şurasının 18.10.2011-ci il tarixli qərarı ilə 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin Sədri təyin edilib (10 saylı Protokol, qərarın 1.2.-ci bəndi).
-
Zaur Vaqif oğlu Rəsulov – Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; Bank sistemində 7 illik təcrübəyə malikdir; 2011-ci ilin dekabrından Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü və Korporativ biznes idarəsinin rəhbəridir. Bankın Müşahidə Şurasının 24.10.2011-ci il tarixli qərarı ilə (11 saylı Protokol, qərarın 3.4.-cü bəndi) Bankın İdarə Heyətinin üzvü təyin edilib. Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (14 saylı Protokol, qərarın 1.2.-ci bəndi) 26.11.2013-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib; Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (14 saylı Protokol, qərarın 1.2.-ci bəndi) İdarə Heyətinin üzvü Z.V. Rəsulovun səlahiyyət müddəti 26.11.2013-cü il tarixinədək uzadılmışdır.
-
İlnur İldaroviç Salyaxov – Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 11 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Pərakəndə biznesin inkişafı Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 08.02.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.4.-cü bəndi) 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
-
Kristioqlo Georgiy Nikolayeviç - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 7 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Risklər və monitorinq Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 08.02.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.1.-ci bəndi) 18.10.2014-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
-
Novruzov İlqar Zülfüqar oğlu - Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü; bank sahəsində 6 illik iş təcrübəsi var; 2012-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və Maliyyə Departamentinin rəhbəridir. Bankın Müşahidə Şurasının 26.11.2012-ci il tarixli qərarı ilə (02 saylı Protokol, qərarın 1.4.-cü bəndi) 26.11.2013-cü il tarixinədək Bankın İdarə Heyətinin üzvü təyin edilib.
Təşkilati Struktur:
Təşkilati strukturda icra struktur bölmələri ilə yanaşı məşvərətçi-nəzarət struktur bölmələri olan komitələrə də mühüm yer verilir. Belə ki, Bankda 4 komitə fəaliyyət göstərir: Riskləri idarəetmə Komitəsi, Kredit Komitəsi, Aktiv və Passivləri idarəetmə Komitəsi, İnformasiya texnologiyaları Komitəsi.
Risklərin idarə edilməsi Komitəsi bankın fəaliyyəti nəticəsində yaranan bütün növ risklərin idarə edilməsi ilə bağlı siyasətlərin, prosedurların, limitlərin müəyyən olunması və qiymətləndirilməsi, digər bankdaxili komitələrin fəaliyyətinin koordinasiya edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Kredit Komitəsi Bankın fəaliyyətində yaranan bütün növ kredit risklərinin idarə edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Aktiv və Passivləri idarəetmə Komitəsi Bankın fəaliyyətində yaranan likvidlik və bazar risklərinin, ümumiyyətlə aktiv və öhdəliklərin idarə edilməsi üçün məsuliyyət daşıyır.
İnformasiya texnologiyaları Komitəsi bankın fəaliyyətində istifadə olunan informasiya texnologiyalarının təhlükəsizliyini, fasiləsiz işinin təmin edilməsi və informasiya texnologiyaları ilə əlaqədar yarana biləcək risklərin idarə edilməsi üçün məsuliyyət daşıyan struktur bölmədir.
Fəsil 5. Mühasibat uçotu haqqında məlumat, uçot sistemləri və daxili nəzarət
Bank öz fəaliyyətinin sağlam idarəçiliyini təmin etmək məqsədi ilə adekvat daxili nəzarət sistemi qurur.
Müşahidə Şurası öz vəzifələrinin icrasını müvafiq komitələrə tapşıra bilər, lakin bankın sağlam və təhlükəsiz mühitdə fəaliyyət göstərməsi nöqteyi-nəzərindən Müşahidə Şurası öz məsuliyyətini digərlərinin üzərinə qoya bilməz. Bu səbəbdən Bankın Müşahidə Şurası bank əməkdaşlarının fəaliyyətini diqqətdə saxlamaq məqsədilə nəzarət sistemlərini yaradır.
Bankın daxili nəzarət sistemi aşağıdakıları özündə əks etdirir:
1. Audit prosedurlarını;
2. Daxili nəzarət prosedurlarını;
3. Aktivlərin keyfiyyətinin təhlilini;
-
Risklərin idarə edilməsini;
5. Qaydalara riayət edilməsinə nəzarət prosedurlarını.
Audit prosedurları
Bank rəhbərliyinin və işçilərin öz səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirməsini təmin etmək məqsədilə bankda daxili audit prosedurları tətbiq olunur. Audit prosedurları rəhbərliyə daxili qayda və nəzarət sistemlərinin adekvat olması və onlara riayət edilməsi haqqında məlumatın verilməsini nəzərdə tutur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldınlmasında İdarə Heyətinin gördüyü işlər audit hesabatlarında əks olunur və onun Müşahidə Şurasına təqdim edilməsi nəzərdə tutulur. Göstərilənlər sənəddə öz həllini tapmazsa, audit xidmətinin əhəmiyyəti itirilmiş olur.
Müşahidə Şurası və Audit Komitəsi daxili və kənar auditorların seçilməsinə, qiymətləndirilməsinə, habelə daxili auditorların mükafatlandırılmasına nəzarət edir. Auditorların bacarıq və bilikləri vaxtaşırı qiymətləndirilir. Auditor rəyinin əhəmiyyəti onların peşəkarlığından və bacarığından asılıdır. Daxili audit bölməsinin əldə etdiyi məlumatlar haqqında hesabatların təqdim edilməsi üçün Müşahidə Şurası ilə görüşlərin keçirməsi nəzərdə tutulub.
Daxili nəzarət prosedurları
Daxili nəzarət prosedurları nəzarət sisteminin bir hissəsini təşkil edir. Daxili nəzarətə aid metodlar aşağıdakıları təmin etmək üçün nəzərdə tutulur:
- Risklərin idarə edilməsinin tətbiqi və prosedurların səmərəliliyini;
- Aktivlərin qorunmasını;
-
Maliyyə və əməliyyat uçotunun bütövlüyünü;
-
Əməliyyat səmərəliliyinin inkişaf etdirilməsini;
- Daxili qaydalara, AR-nin qanunlarına və digər normativ hüquqi aktlara riayət edilməsini.
Daxili audit Bankın fəaliyyətinin yaxşılaşdırılması məqsədilə müstəqil və obyektiv konsultasiyaların və qarantiyaların təqdim olunması üzrə funksiyaları yerinə yetirir. O risklərin qiymətləndirilməsi və idarəetmə proseslərini sistemli şəkildə təşkil edərək öz məqsədlərinin əldə edilməsinə yönəldəcək.
Daxili audit aşağıdakı funksiyaları yerinə yetirir:
-
Daxili nəzarət sistemlərinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
-
Risklərin idarə edilməsi üzrə prosedurların tətbiqi və effektivliyinin daimi monitorinqi;
-
Mühasibatlıq uçotunun və hesabatının etibatlığının səhihliyinin yoxlanılması;
-
Aktivlərin saxlanması sisteminin monitorinqinin həyata keçirilməsi;
-
Bazarın qiymətləndirilməsinin və onlarla müqayisədə əməliyyatların effektivliyinin monitorinqinin həyata keçirilməsi;
-
Qanunvericiliyə və onunla bağlı prosedurlar və siyasətlərə riayət olunması sistemlərinin monitorinqi.
Aktivlərin keyfiyyətinin təhlili
Aktivlərin keyfiyyətinə nəzarət (kreditlərə nəzarət daxil olmaqla) bankın aktivlərinin qiymətləndirilməsi üsuludur. Onların dəyəri bankın maliyyə vəziyyətinə uzunmüddətli təsir göstərir. Təhlilə problemli aktivlərin qiymətləndirilməsi və kreditləşdirmə prosesində zəifliklərin müəyyən edilməsi daxildir. Effektiv sistemə müstəqil təhlil və əməkdaşlar tərəfindən kreditlərin təsnifləşdirilməsi də daxildir. Sənəddə aktivlərin keyfiyyətinin təhlili haqqında nəticələrin Müşahidə Şurasına və ya müvafiq komitələrə təqdim olunması nəzərdə tutulur.
Risklərin idarə edilməsi
Risklərin idarə edilməsinə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, onlar üzrə hesabatın hazırlanması və nəzarət daxildir. Əhatə ediləcək amillərə kredit riski, faiz riski, əməliyyat riski və balansdankənar fəaliyyətlə bağlı risk daxil ola bilər.
Qaydalara riayət edilməsinə nəzarət
Qaydalara riayət edilməsinə nəzarət daxili qaydalara, müvafiq normativ hüquqi aktlara riayət edilməsinə yardım edilməsi, ona nəzarət və onun qiymətləndirilməsi sistemini əhatə edir. Qaydalara riayət edilməsinə nəzarət rəhbərliyin əsas funksiyalarından biridir. Əməkdaşların qaydalarla tanış olması üçün bank rəhbərliyi tərəfindən müvafiq prosedurlar yaradılır.
Fəsil 6. İnformasiya texnologiyaları və əməliyyat effektivliyi
Bank müasir proqram sistemlərindən istifadə etməyi planlaşdırır. Bu sistem ən azı aşağıdakı modulları əhatə etməlidir:
- Hesablar planı;
- Kreditlər;
- Depozitlər;
- Hesablaşma-kassa əməliyyatları;
- Hesabatlar;
- İİS;
- Sənədli əməliyyatlar;
- Qiymətli kağızlar;
Proqram təminatı nüfuzlu təchizatçıdan əldə edilməli və onun ən azı aşağıdakı xüsusiyyətləri olmalıdır:
- Real vaxt rejiminin dəstəklənməsi;
- Təsisçi bankın İT sistemlərinə inteqrasiya imkanı;
- İnzibatçı hüquqlarının əsas inzibatçı tərəfindən paylaşdırılması;
- Birdən artıq dilin dəstəklənməsi;
- İş prosesinin əməliyyatlar üzərində qurulması.
Likvidlik və vəsaitlərin cəlb edilməsi
Bank likvidlik riskini müəyyən etmək və ölçmək üçün daim İİS vasitəsi ilə monitorinqi və maliyyə planlaşmasını həyata keçirəcəkdir;
Likvidlik riskinin azaldılması məqsədi ilə bankın aktiv əməliyyatları maliyyələşdirmə mənbələrinə (depozitlər, borclar) uyğun olaraq (məbləğ, müddət, qiymət və digər parametrlər üzrə) həyata keçiriləcəkdir;
Bazar riskinə həssaslıq
Bankın faiz dərəcəsi üzrə siyasəti və faiz dərəcəsi riskinə olan davamlığı əsasən cəlb olunmuş və yerləşdirilmiş vəsaitlərin məbləği, müddəti, ödəniş qrafiki, faiz dərəcəsi və digər şərtləri arasındakı uyğunluğunun maksimal dərəcədə təmin etməkdən ibarət olacaq. Eyni zamanda faiz dərəcəsinin dəyişməsi nəticəsində bazardakı durum maliyyə planlarına, artım templərinə korreksiyanı tələb etdikdə, bu dərhal həyata keçiriləcək;
Bank imkan daxilində öz hesabına dünya maliyyə bazarlarındakı durumu, Azərbaycanın iqtisadi göstəricilərini daim izləməlidir. Bu məqsədlə Bank VTB ASC-dən analitik hesabatlar alınacaqdır. Bu məlumatlar əsasında bankın risklərə nəzarət etməli olan strukturu faiz dərəcəsi riskini müəyyən etməli və ölçməlidir;
Aktiv və öhdəliklər portfelinin faiz dərəcəsi riskinə həssaslığını ölçmək məqsədi ilə bankın risklərə nəzarət etməli olan strukturu tərəfindən müxtəlif ssenarilər hazırlanmalıdır, faiz dərəcəsi riskinə nəzarət etmək üçün risk limitləri müəyyən edilməlidir (cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə faiz marjası orta hesabla 7-10% həcmində planlaşdırılır);
Hazırkı strateji planın müddəti ərzində hedcinq fəaliyyəti nəzərdə tutulmur.
Kredit riskləri
Bankın kredit riskini müəyyən etmək və ölçmək üçün əsas məsuliyyəti risklərin idarə edilməsinə cavabdeh olan struktur daşıyır. Eyni zamanda, kreditin təhlili, verilməsi və monitorinqi prosedurlarında kredit risklərinin məqbul səviyyəyə endirilməsi diqqət mərkəzində olmalıdır;
Kredit təhlili proqramı müstəqil və əhatəli olmalıdır, kredit haqqında qərarın müvafiq daxili komitələr və/və ya şəxslər tərəfindən "dörd göz" prinsipinə riayət edilməklə qəbul edilməsi təmin olunmalıdır. Bu prosedurları həyata keçirən şəxslərin böyük təcrübəsi vardır və yeni qəbul edilən əməkdaşların müvafiq təcrübəsinin mövcudluğu seçim zamanı əsas amillərdən biri olacaqdır;
Mümkün kredit və lizinq itkilərinin örtülməsi üçün ehtiyatların yaradılması zamanı əsasən AR-nin Mərkəzi Bankının tələbləri nəzərə alınacaqdır.
Fəsil 8. Maliyyə hesabatlığı
(min AZN)
|
2012
|
2013
|
2014
|
Balans
|
Plan
|
Proqnoz
|
Proqnoz
|
CƏMİ AKTİVLƏR
|
78 071
|
204 920
|
329 981
|
Pul vəsaitləri və qısamüddətli aktivlər
|
6 373
|
12 951
|
21 700
|
Hüquqi şəxslərə kreditlər
|
36 551
|
102 711
|
163 784
|
Fiziki şəxslərə kreditlər
|
20 973
|
63 022
|
110 373
|
Banklara kreditlər
|
10 000
|
20 000
|
30 000
|
Əsas vəsaitlər və qeyri-maddi aktivlər
|
4 871
|
7 413
|
8 833
|
Hesablaşmalar və sair aktivlər
|
2 136
|
2 049
|
3 300
|
Mümkün zərərlər üzrə ehtiyatlar
|
(2 833)
|
(3 226)
|
(8 009)
|
CƏMİ PASSİVLƏR
|
78 071
|
204 920
|
329 981
|
CƏLB OLUNMUŞ VƏSAİTLƏR
|
69 644
|
170 745
|
294 148
|
Hüquqi şəxslərin vəsaitləri
|
6 865
|
14 622
|
22 506
|
Fiziki şəxslərin vəsaitləri
|
3 914
|
11 974
|
22 758
|
Bankların vəsaitləri
|
53 528
|
128 134
|
232 869
|
Subordinasiya olunmuş borc
|
5 337
|
15 800
|
15 800
|
Hesablaşmalar və sair passivlər
|
0
|
215
|
215
|
ŞƏXSİ VƏSAİTLƏR
|
8 427
|
34 175
|
35 833
|
Nizamnamə kapitalı
|
23 815
|
53 690
|
53 690
|
Fondlar və ötən illərin bölüşdürülməmiş mənfəəti
|
(8 685)
|
(15 388)
|
(19 515)
|
Cari ilin bölüşdürülməmiş mənfəəti
|
(6 703)
|
(4 128)
|
1 658
|
Mənfəət və zərərlər haqqında hesabat
|
|
|
|
Faiz gəlirləri
|
6 270
|
18 497
|
36 665
|
Faiz xərcləri
|
(3 645)
|
(8 753)
|
(15 999)
|
Xalis faiz gəlirləri
|
2 625
|
9 744
|
20 666
|
Xalis komisyon gəlirləri
|
238
|
833
|
1 460
|
Mümkün zərərlərə qarşı ehtiyatların yaradılmasından/bərpa olunmasından əvvəl əməliyyat gəlirləri
|
2 863
|
10 577
|
22 126
|
Mümkün zərərlərə qarşı ehtiyatların yaradılması / bərpasının nəticəsi
|
(190)
|
(1 708)
|
(4 783)
|
Ehtiyatların yaradılması/bərpa olunmasını nəzərə almaqla əməliyyat gəlirləri
|
2 673
|
8 869
|
17 343
|
İnzibati-idarəetmə xərcləri
|
(9 376)
|
(12 996)
|
(15 270)
|
Mənfəət
|
(6 703)
|
(4 128)
|
2 073
|
Vergi
|
|
-
|
(415)
|
Xalis gəlir
|
(6 703)
|
(4 128)
|
1 658
|
Dostları ilə paylaş: |