DİVİDEND SİYASƏTİ Dividend Siyasəti Bankın dividend siyasətinin əsas prinsiplərini, dividendlərin ödənilməsi (elan edilməsi) qərarının qəbul olunma qaydasını, dividendlərin miqdarının hesablanma qaydasını və onların verilməsi barədə qaydalarını təyin edir, səhmdarları və Bankın dividend siyasətində maraqlı olan digər şəxsləri məlumatlandırmaq məqsədi daşıyır.
Dividend siyasətin məqsədləri:
Bankın maliyyə vəziyyəti, hesabat dövrünə fəaliyyətin nəticələri barədə məlumatın maliyyə hesabatlarının istifadəçilərinə, rəhbərliyə, Bankın təsisçilərinə, habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarətedici və dövlət orqanlarına təqdim edilməsi;
Bankda dividend uçotunun aparmasının fundamental prinsiplərinin müəyyən edilməsi;
Bankın dividend uçotunun idarə edilməsi çərçivəsində səlahiyyətlərin müəyyən edən qaydaların tərtib edilməsi;
Bankın dividend uçotunun idarə etməsində Azərbaycan Respublikasının qanunvericiliyinin və Bankın daxili normativ sənədlərinin tələblərinin icra və riayət olmasının təmin edilməsi.
Bankın Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
vaxtlı vaxtında – dividend ödənişinin həyata keçirilməsində müvəqqəti hədlərin müəyyən olunması;
əsaslanma – Bankın inkişaf planı və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız Bankın müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
inkişaf – korporativ idarəetmə prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi və Bankın strateji məqsədləri dəyişdiyi halda siyasətin də yenidən baxılması;
sabitlik – Bankın sabit dividend ödənişləri etmək təşəbbüsü.
Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.
Dividend ödənişləri, həmçinin dividendlərin məbləği və ödəniş metodu haqda qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
Bank, qanunvericiliyə zidd deyilsə, maliyyə ilinin nəticəsi əsasında yerləşdirilmiş səhmlər üzrə dividendlərin verilməsi haqda qərar vermək hüququna malikdir.
Bütün kateqoriyalı (tipli) səhmlər üzrə dividendlərin verilməsi haqda qərarın qəbul edilməsi Bankın vəzifəsi yox, hüququdur. Səhmdarların Ümumi Yığıncağında dividendlərin verilməsi haqda qərar qəbul edilməyə bilər.
Dividendlərin ödənilməsi haqda qərarın qəbul edilməsi və dividendlərin verilmə prosesində Bank Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsaslanır.