Banking in the modern sense of the word can be traced to medieval and early Renaissance Italy, to the rich cities in the north like Florence, Venice and Genoa
Əzimzadə Tural qrup_20a Sərbəst iş №2 Təbii xarakterli fövqəladə hallar,onların xarakteristikaları,əhaliyə və obyektlərə təsiri
Təbii fəlakətlər elə miqyasda baş verən təbiət hadisələrinə deyilir ki, onların törətdiyi vəziyyətdə qəflətən əhalinin normal yaşayış tərzi pozulur, maddi sərvətləri dağılır və məhv olur. Təbii fəlakətlərə zəlzələ, vulkan püskürməsi, sel və daşqınlar,güclü küləklər, şiddətli soyuqlaşma(buzlaşma), qlobal istiləşmə və başqa təbiət hadisələri daxildir.
Təbii fəlakətlər gözlənilməyən bir vaxtda baş verdiyinə görə olduqca təhlükəlidirlər. Təbii fəlakətlər müxtəlif səbəblərdən baş verir.Məsələn, meşə yanğınları nəinki təbiət qüvvələrinin fəaliyyəti nəticəsində, həm də əhalinin yanğından mühafizə qaydalarına əməl etməməsi nəticəsində də törəyir.
Meşə yanğınları.Yanğın – Alovun insanın nəzarətindən çıxıb, tələfat törədərək kortəbii şəkildə yayılmasıdır. Meşə yanğınları zamanı alov ağacları və kolları, tədarük edilmiş meşə materiallarını, binaları və tikililəri yandıraraq külə döndərir.Yanğından zədələnmiş ağaclar zərərli xəstəliklərin yayılma mənbəyi olur ki, bu da nəinki alovdan zədələnmiş, həm də yaxınlıqdakı meşə sahələrinin tələf olmasına səbəb olur.
Meşə yanğınları müxtəlif səbəblərdən baş verir. Meşə yanğınlarının 80%-i meşədə işləyən və ya dincələn zaman əhalinin odla düzgün davranmaması və yanğından mühafizə qaydalarına əməl etməməsi, habelə meşə işlərində yanğından mühafizə cəhətdən saz olmayan texnikadan istifadə etmək nəticəsində baş verir. Meşə yanğınları tufan zamanı ildırımdan, habelə əlverişsiz hava şəraitində(havaların çox isti keçməsi, uzun müddət quraqlıq olanda baş verir.
Meşə yanğınları ilə mübarizə üsulları. Yanğınlarının söndürülməsi aşağı-
dakı mərhələlərdən ibarətdir: yanğının dayandırılması məhdudlaşdırılması,
tam söndürülməsi və keşik çəkilməsi.Meşə yanğınlarının məhdudlaşdırılma-sı və söndürülməsi üsullsrı yanğının növündən, gücündən və miqyasından, meteoroloji şəraitdən, ərazinin xarakterindən, yanğını söndürmək üçün kifayət qədər vəsaitin olub-olmamasından asılıdır.