rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi
şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq
mühafizə orqanları
maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı
verir.
7.3.
İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada
dövlət rüsumu ödənilir.
M a d d ə 8 .
Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları
8.1.
Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
8.1.1.bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər)
tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
8.1.2.bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun
müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2.
İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:
8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:
8.2.1.1.həmin sahib hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin
növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son
maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və
auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak
payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
8.2.1.2.həmin sahib xarici hüquqi şəxs olduqda - bu Qanunun 8.2.1.1-ci maddəsində
sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış,
onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə),
ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
8.2.1.3.həmin sahib fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və
vətəndaşlığım, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin
məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və
sənədlər;
8.2.1.4.həmin sahib əcnəbi olduqda - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan
sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət
tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;
8.2.2.
Bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında
təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları,
habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak
payları haqqında məlumatlar;
8.2.3.Bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra
orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat
qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən
onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.4.
Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu
qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak
payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5.Bankda mühüm
iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət
orq
anları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və
qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.6.Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının
formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və
bankın nizamnaməsi;
8.2.7.Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati
strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarmı (balans,
mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;
8.2.8.Bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası
və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında)
notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket,
bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı,
tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən
onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu
Qanunun 13.2-
ci maddəsində göstərilmiş sənədlər;
8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
[18]
8.3.
Dostları ilə paylaş: