tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı,
informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı
siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti
müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10.
Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:
8.10.1.dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın
reqlamenti;
8.10.2.bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi
yığıncağının qərarının surəti;
8.10.3.bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması
haqqında
maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə müəyyən edilmiş şərtlər
qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);
8.10.4.ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda
həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;
8.10.5.bankın korporativ idarəetmə sistemlərinin, 0 cümlədən idarəetmə orqanlarının
formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini
təsdiqləyən sənədlər;
8.10.6.bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən
sənəd.
8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü
müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün
maliyyə bazarlarına
Dostları ilə paylaş: