Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Banklar haqqında qanun

bazarlarına  nəzarət  orqanının tələbi  ilə  hər  hansı  bankın,  filialın  və  ya  şöbənin  inzibatçısı 
vəzifəsindən  azad  edilmiş  şəxs  (işə  bərpa  olunması  haqqında  barəsində  qanuni  qüvvəyə 
minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla); 
10.2.3.bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş 
şəxslər; 
10.2.4.bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) 
üzvü olan şəxslər; 
10.2.5.İdarə heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər; 


10.2.6.Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı bir 
bankın idarəetmə orqanlarının üzvü olan şəxslər; 
10.2.7.bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili 
audit  bölməsinin  rəhbəri,  bank  filialının,  şöbəsinin  rəhbəri  və  baş  mühasibi  üçün  -  başqa 
banklarda,  xarici  bankların  yerli  filiallarında,  digər  hüquqi  şəxslərdə,  o  cümlədən  banka 
aidiyyəti olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və 
hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla); 
10.2.8.bankın  inzibatçısı  ilə  qohumluq  münasibətlərində  olan  şəxs  –  onun  əri/  arvadı, 
valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa 
götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla); 
10.2.9.dövlət  hakimiyyəti  və  ya  bələdiyyə  orqanında  qulluqda  olan  şəxslər 
(qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla). 
10.3. 
İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir: 
10.3.1.bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi və 
ya  hüquqi  təhsilin,  yaxud  təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət 
strategiyasının  müəyyən  edilməsi  və  qərarların  qəbul  edilməsi  proseslərində  iştirak  etmək 
imkanı verən iş təcrübəsinin olması; 
10.3.2.bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və 
filiallarının rəhbərləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş 
stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması; 
10.3.3.bankın  və  bank  filialının  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri)  üçün  -  ali 
iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas 
təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik 
iş  stajının  olması.  Bu  tələblər  baş  mühasibin  imza  hüququ  olan  müavininə  də  şamil  edilir. 
Bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.; 
10.3.4.bank şöbəsinin inzibatçısı üçün - ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti 
sahəsində 6 aylıq iş stajının olması. 
10.4.  Bank  və  ya  yerli  filialı  olan  xarici  bank,  bankın  və  ya  xarici  bankın  yerli  filialının 
inzibatçısı  vəzifəsinə  nəzərdə  tutulan  bütün  təyinatlar  və  dəyişikliklər  barəsində maliyyə 
bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 
8.2.8-ci, 9.3.10-cu 
və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumatlar və sənədlər əlavə 
olunur. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı bildirişə  dair  öz  münasibətini  30  təqvim  günü 
müddətində banka və ya xarici bankın yerli filialına bildirməli, 


bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların attestasiya vaxtını təyin etməlidir. Bu 
müddətdə  müraciətçiyə  bildiriş  göndərilməzsə,  inzibatçının  namizədliyinə  müsbət  baxılmış 
hesab olunur. 
İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanımla müəyyən edilmiş tələblərə cavab 
v
ermədikdə maliyyə bazarlarına nəzarət orqanı onların dəyişdirilməsini tələb edir
Bankın  İdarə  Heyətinin  üzvləri,  daxili  audit  bölməsinin  rəhbəri,  bankın  baş  mühasibi 
(mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici 
bankların  yerli  filiallarının  rəhbərləri  və  baş  mühasibləri  (mühasibat  xidmətinin  rəhbəri)  və 
onların imza hüququ olan müavinləri maliyyə bazarlarına nəzarət  orqanında attestasiyadan 
keçirlər. Bu təyinatlara maliyyə bazarlarına nəzarət orqanının müsbət rəyi alındıqdan sonra 
həmin inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar.  
Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir. 
10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının 
bütün fəaliyyət dövrünə şamil edilir. 
Madd
ə   11. Yerli bankların filiallarının, 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin