Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Banklar haqqında qanun

alınması 
12.1.
Maliyyə  bazarlarına  nəzarət  orqanının icazəsi  olmadan  xarici  bank  Azərbaycan 
Respublikasında nümayəndəliyini aça bilməz. 
12.2.Xarici  bank  yerli  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün maliyyə  bazarlarına 
nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər 
əlavə edilməlidir: 
12.2.1.bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının 
qərarının surəti; 
12.2.2.nümayəndəliyin  yaradılması  və  ləğv  edilməsi  haqqında  qərarı  qəbul  edən 
səlahiyyətli  idarəetmə  orqanı  göstərilməklə,  bank,  onun  təşkilati  strukturu  və  idarəetmə 
orqanları haqqında məlumat; 
12.2.3.bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli  səhmlər  payı 
göstərilməklə siyahısı; 
12.2.4.bankın  son  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə  hesabatı  və 
auditor rəyi; 
12.2.5.nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi; 
12.2.6.nümayəndəliyin  inzibatçılarının  peşəkar  keyfiyyətləri  və  təcrübəsi,  habelə 
məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış; 
12.2.7.bu Qanunun 13.2.1-
ci maddəsində göstərilmiş sənədlər. 
12.3.
Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər 
və  ya  çatışmazlıqlar  müəyyən  etdikdə,  onlar  haqqında  banka 10  təqvim  günü  müddətində 
yazılı  bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif 
edir. 
maliyyə  bazarlarına  nəzarət  orqanı müraciətdə  və  ya  ona  əlavə  edilmiş  sənədlərdə 
səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka  onun  müraciətinin  qəbul 
edildiyi  barədə  10  təqvim  günü  müddətində  yazılı  bildiriş  göndərməlidir.  Həmin 
müddətdə maliyyə bazarlarına nəzarət orqanı müraciət edənlərə yazılı bildiriş göndərməzsə 
sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. 


12.4.Xarici  bankın  nümayəndəliyin  açılmasına  icazə  alınması  üçün  təqdim  edilmiş 
müraciətin  qəbul  edilməsi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  60  təqvim  günü 
müddətində maliyyə bazarlarına nəzarət orqanı bu Qanuna müvafiq olaraq müraciətə baxır 
və müvafiq qərar qəbul edir.  Hər bir halda maliyyə bazarlarına nəzarət  orqanı öz qərarının 
surətini müvafiq xarici banka göndərir. 
12.5.Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan   sonra dövlət qeydiyyatı 
haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin 
olmadığı  barədə  yazılı  bəyanatı  təqdim  etdikdən  sonra maliyyə  bazarlarına  nəzarət 
orqanı ona icazə verir. 
12.6.Xarici  bankın  yerli  nümayəndəliyinə  verilən  icazədə  nümayəndəliyin  həyata  keçirə 
biləcəyi  işlərin  xarakteri,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı 
göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər 
daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir. 
 
M a d d ə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin