Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   29   30   31   32   33   34   35   36   ...   60
Banklar haqqında qanun

çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ 
olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;  
40.1.1-
1.  aidiyyəti  olan  şəxslərə  verilən  kreditin  məbləği  bankın  aktivlərinin  5  faizədək 
hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi 
səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın 
Müşahidə Şurasının qərarı olmadıqda;  
40.1.2.kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  həmin  hüquqi  şəxs  üçün  verilmiş 
kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs 
üçün isə 3 faizinə bərabər məbləği keçdikdə
40.1.3.kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə və aidiyyəti 
şəxs  adından  hərəkət  edən  şəxslərə verilmiş  kreditlərin  məcmu  miqdarı  bankın  məcmu 
kapitalının 20 faizinə bərabər məbləği keçdikdə. 
40.2.Aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit bu Qanunun 
40.1-
ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın 
Müşahidə Şurasının müvafiq qərarın lehinə səs vermişüzvləri bu Qanunun 40.1-ci maddəsinin 
tələbləri  pozulmaqla  verildiyi  kreditlər  üzrə  əsas  məbləğin,  faizlərin  və  digər  ödənişlərin 
ödənilməsi  üçün məsuliyyət daşıyırlar.
 
  
40.3.Bankların  aidiyyəti  şəxslərə və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə digər 
müştərilərdən  fərqli  olaraq  güzəştli  kreditlərin  verilməsi  və  ya  güzəştli  şərtlərlə  digər 
əməliyyatların aparılması qadağandır. 
40.4.
Banklara aidiyyəti olan şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan 
Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.  
M a d d ə   4 1. Bank sirri 
41.1. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq  bank  hesabının, 
hesab  üzrə  əməliyyatlar  və  qalıqların,  habelə  müştəri  haqqında  məlumatların,  o  cümlədən 
müştərinin  adı,  ünvanı,  rəhbərləri  haqqında  məlumatların  sirrinə  bank  təminat  verir. 
Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və 
dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. 


41.2. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq  bank  sirrini  təşkil 
edən  məlumatlar  yalnız  müştərilərin  özlərinə  və  onların  nümayəndələrinə,  həmçinin  kənar 
auditorlara
,  maliyyə  monitorinqi  orqanına  və  maliyyə  bazarlarına  nəzarət  orqanına  verilir. 
Dövlət  orqanlarına  və  onların  vəzifəli  şəxslərinə  bu  cür  məlumatlar  yalnız  cinayət  işinin 
istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb 
yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş 
qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin 
hesab  qalıqları  barədə  məlumatlar  qanunvericiliklə  müəyyən  olunmuş  mənbələrdən  əldə 
edilmiş  məlumat  əsasında icra  məmurlarına verilir. Əmanətlərin  sığortalanması  haqqında" 
Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  sığorta  hadisəsi  baş  verdikdə, 
əmanətçilər  barədə  məlumatlar  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Əmanətlərin 
Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir. 
Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın 
bank  hesabı  və  əməliyyatları  barədə  məlumat  vergi  orqanlarına yalnız  Azərbaycan 
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. 
Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən 
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki 
Komissiyasına verilir. 
Bank  müştərilərə  hesab  açdıqda  və  ya  maliyyə  xidmətləri  göstərdikdə  Azərbaycan 
Respublikasının  normativ  hüquqi  aktlarının,  habelə  vergi  və  maliyyə  məlumatlarının 
mübadil
əsini  nəzərdə  tutan  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavil
ələrin  tələblərinə  əməl  olunmasını  təmin  etməli  və  həmin  beynəlxalq  müqavilələrə 
uyğun  olaraq,  xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikasının 
ərazisində  həyata  keçirdikləri  maliyyə  əməliyyatları  barədə  məlumatları  Azərbaycan 
Respublikasının  Vergi  Məcəlləsinin  76-1-ci  maddəsinin  tələbləri  əsasında  həmin  xarici 
dövl
ətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir. 
Bank  sirrini  t
əşkil  edən  məlumatlar  Azərbaycan  Respublikasının  Hesablama  Palatasına 
“Hesablama  Palatası  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş 
qaydada verilir. 
41.3.Hesabların  və  əmanətlərin  sahibləri  vəfat  etdikdə  onların  hesabları  və  əmanətləri 
barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq 
notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. 


41.4.Maliyyə bazarlarına nəzarət orqanı ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti 
orqa
nları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq informasiya mübadiləsinin 
predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan 
subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, 
bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri 
üçün istifadə edilir. 
41.5.Bankların  mövcud  və  keçmiş  inzibatçıları  və  digər  əməkdaşları,  habelə  bankın 
səhmdarları  bankın  idarə  edilməsi  və  ya  xidməti  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə 
əlaqədar  onlara  məlum  olan  bank  sirrini  təşkil  edən  məlumatların  qeyri-qanuni  açılmasına 
görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, 
inzibati və cinayət məsuliyyəti daşıyırlar. 
41.6.Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda 
hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq 
bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. 
  
Maddə  42. Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin