Banklar haqqında


BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT. BANKLARIN



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
Banklar haqqında qanun

BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT. BANKLARIN 
FƏALİYYƏTİNƏ NƏZARƏT 
M a d d ə   4 3. Banklarda mühasibat uçotu və maliyyə hesabatı 
43.1.  Bank  və  xarici  bankın  yerli  filialı  qanunvericiliyə  və  Beynəlxalq  Mühasibat 
Standartlarına  uyğun  olaraq  mühasibat  uçotunu  aparmalı,  fəaliyyətlərini  və  maliyyə 
vəziyyətini  əks  etdirən  hesabatları,  o  cümlədən  illik  maliyyə  hesabatları  tərtib  etməlidirlər. 
Maliyyə  vəziyyətini  əks  etdirən  hesabatlar,  o  cümlədən  illik  maliyyə  hesabatları  maliyyə 
bazarlarına  nəzarət  orqanına  və  Mərkəzi  Banka  təqdim  edilməlidir.  Banklarda  mühasibat 
uçotu  qaydalarının  forması,  məzmunu  və  dövriliyi  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 
razılaşdırılmaqla  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən  edilir.  Maliyyə 
vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının forma, məzmunu 
və  dövriliyi  müvafiq  icra  hakimiyyəti  orqanı  və  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə 
razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.  
43.2. 
Bankın  maliyyə  hesabatları  ayrıca  olaraq  bankın  və  konsolidasiya  əsasında 
(birləşdirilmiş  əsasda)  onun  törəmə  təsərrüfat  cəmiyyətlərinin,  filiallarının,  şöbələrinin  və 
nümayəndəliklərinin  maliyyə-təsərrüfat  fəaliyyətini  və  maliyyə  vəziyyəti  barədə 
sisteml
əşdirilmiş məlumatları əks etdirir. 
43.3. 
Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  bu  Qanunun  43.1-ci  və  43.2-ci 
maddələrində  müəyyən  edilmiş  tələblərə  müvafiq  hər  bir  yerli  filialı  üçün  ayrıca  və 
birl
əşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsini təmin etməlidir. 
43.4.  Banklarda  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 
t
ələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir. 
 
 
 


M a d d ə   4 4. Kənar audit 
44.1.Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata 
keçirmək  üçün  xüsusi  razılığa  (lisenziyaya)  malik  olan  kənar  auditor  tərəfindən 
yoxlanılmalıdır. 
44.2. 
Auditor  yoxlaması  “Auditor  xidməti  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa uyğun olaraq həyata keçirilir.  
44.3.Bankın  və  xarici  bankın  yerli  filialının  yoxlamasını  aparan  kənar  auditor “Auditor 
xidməti haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan 
Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı aşağıdakıları da 
həyata keçirir:  
44.3.1.bankın  maliyyə  hesabatının  onun  maliyyə  vəziyyəti  haqqında  tam  və  obyektiv 
təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır; 
44.3.2.mühasibat uçotunu, maliyyə nəzarəti sistemlərini və prosedurlarını lazımi səviyyədə 
saxlamaqda banka kömək göstərir; 
44.3.3.inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum 
olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar 
haqqında maliyyə bazarlarına nəzarət orqanına məlumat verir. 
44.4.Yerli  filialı  və  ya  nümayəndəliyi  olan  xarici  bank  yerli  filial  və  nümayəndəliklərinin 
auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir. 
44.5.Maliyyə  bazarlarına  nəzarət  orqanı bankların  və  xarici  bankların  yerli  filiallarının 
auditinin  aparılmasına  dair  beynəlxalq  bank  nəzarəti  praktikasına  uyğun  minimum  tələblər 
müəyyən edir.  Kənar  auditor  yoxlaması maliyyə  bazarlarına  nəzarət  orqanının  tələblərinə 
uyğun gəlməsə, maliyyə bazarlarına nəzarət orqanı auditorun dəyişdirilməsini, habelə bankın 
özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.  
M a d d ə   4 5. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi 
45.1. 
Bank  və  xarici  bankın  yerli  filialı  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay 
müddətində  bankın  və  xarici  bankın  yerli  filialının  kənar  auditor  tərəfindən  təsdiqlənmiş 
konsolidasiya  əsasında  hazırlanmış  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə  bankın 
səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir. 
45.2. 
Bank  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay  müddətində  konsolidasiya 
əsasında  fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  auditor  tərəfindən  təsdiqlənmiş 


maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim 
etməlidir. 
Bir və ya bir necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir yerli filialı üçün kənar 
auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə  birlikdə  beş  ay 
müddətində, konsolodasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə 
səkkiz ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. 
45.3.  Bu  Qanunun  45.1-
ci  maddəsində  göstərilmiş  maliyyə  hesabatı  kütləvi  informasiya 
vasitələrində  bank  və  xarici  bankın  yerli  filialları  tərəfindən  dərc  edilməlidir.  Dərc  olunan 
hesabatın  forması,  məzmunu  və  müddətləri maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən 
müəyyən edilir. 
M a d d ə   4 6. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət 
46.1.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin