Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə bank və xarici bankın yerli
filialları özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında
prudensial hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına, bank statistikası hesabatlarını
maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidirlər. Prudensial
hesabatların forması, məzmunu və təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilir. Bank statistikası hesabatlarının forması, məzmunu və
təqdim edilməsi qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmaqla Mərkəzi
Bank tərəfindən müəyyən edilir.
46.2.Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız maliyyə bazarlarına nəzarət
orqanının inspektorları və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən kənar
auditorlar tərəfindən ildə bir dəfə yoxlanılır. Bank aktivlərinin itirilməsi təhlükəsi yarandıqda,
habelə qanunvericiliyin pozulması faktlarının araşdırılması məqsədilə maliyyə bazarlarına
nəzarət orqanı banklarda və xarici bankların yerli filiallarında əlavə yoxlamalar keçirə bilər.
Yoxlayıcıların tərkibinə qarşılıqlıq prinsipi əsasında maliyyə bazarlarına nəzarət orqanının
yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi
və nəzarəti orqanının əməkdaşları da daxil edilə bilərlər. Yoxlamaların həyata keçirilməsinin
prosedur qaydaları maliyyə bazarlarına nəzarət orqanının qərarları ilə müəyyən edilir.
46.3.Bu Qanunun 46.1.-
ci və 46.2-ci maddələrinə uyğun olaraq maliyyə bazarlarına
nəzarət orqanına və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:
46.3.1.istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə,
habelə xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarmı,
sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;
46.3.2.bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik
olan şəxslərin, banka aidiyyəti olan şəxslərin və aidiyyəti şəxs adından hərəkət edən
şəxslərin, bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından,
əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o
cümlədən müştərilərin əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi
informasiyanı verməyi tələb etmək.
46.4.
Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətinin qanunvericilikdən və
əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün
idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında hesabatları maliyyə bazarlarına nəzarət
orqanına təqdim etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Hesa
bat məlumatlarmı dəqiqləşdirmək məqsədilə maliyyə bazarlarına nəzarət orqanının
inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.
46.5.Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və
nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı maliyyə bazarlarına nəzarət
orqanının inspektorlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilatı və
texniki imkanları yaradır.
46.6.Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının
sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna
olmaqla,
maliyyə bazarlarına nəzarət orqanı başqa şəxslərin tələbi ilə banklarda və xarici
bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa
səlahiyyətli deyildir.
46.7.Azərbaycan Respublikasında vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyiciləri
qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi zamanı bank müştərilərinin hesabları və
əməliyyatları ilə bağlı məlumatlar və sənədlər yalnız bank sirrini təşkil edən məlumatların
açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş
qaydal
ara uyğun əldə edilir.
Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar
Banklar
və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin
orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
VI
fəsil
Dostları ilə paylaş: |