Banklar haqqında


fəaliyyəti üzərində nəzarət



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
Banklar haqqında qanun

fəaliyyəti üzərində nəzarət 
54.1. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı müvəqqəti  inzibatçının  üzərində  fəaliyyətinin 
bütün müddəti ərzində nəzarəti həyata keçirir. 
54.2. 
Maliyyə bazarlarına nəzarət orqanı: 
54.2.1.bankın  idarə  edilməsi  və  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq  maliyyə 
sağlamlaşdırılması  ilə  əlaqədar  müvəqqəti  inzibatçıya  müvafiq  tədbirlərin  həyata 
keçirilməsinin əsas istiqamətləri üzrə tövsiyələr verməyə; 
54.2.2
.müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə; 
54.2.3.müvəqqəti  inzibatçının  fəaliyyəti  barəsində  məlumatların  təqdim  edilməsini  tələb 
etməyə; 
54.2.4.müvəqqəti inzibatçıdan hesabat almağa; 
54.2.5.müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 52.1-ci maddəsinə müvafiq 
olaraq uzadılmasına səlahiyyətlidir. 
54.3. Müvəqqəti inzibatçı öz səlahiyyətlərinin həyata keçirilməsi haqqında yalnız maliyyə 
bazarlarına nəzarət orqanı qarşısında hesabat verir. 
M a d d ə   5 5. Moratorium 
Banka  müvəqqəti  inzibatçı  təyin  olunduğu  dövrdə  bankın  aktivlərinin  və  maliyyə 
vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düş-məsinin qarşısını almaq 
məqsədilə maliyyə  bazarlarına  nəzarət  orqanının  ərizəsi  ilə  məhkəmə  hüquqi  və  fiziki 
şəxslərin  bankdakı  depozitləri  və  bankın  digər  öhdəlikləri  üzrə  ödənişləri  tamamilə  və  ya 


qismən dayandıra bilər. Bu ərizə üzrə məhkəmə 48 saat ərzində qərar çıxarır və həmin qərar 
dərhal icraya yönəldilir. 

a d d ə   5 6. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi 
56.1.    
Müvəqqəti inzibatçının fəaliyyətinə maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə 
aşağıdakı hallarda xitam verilir: 
56.1.1.Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə; 
56.1.2.Maliyyə  bazarlarına  nəzarət  orqanı tərəfindən  müvəqqəti  inzibatçının  fəaliyyətinə 
vaxtından əvvəl xitam verildikdə; 
56.1.3.iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə. 
  
56.2.Bankın  maliyyə  sağlamlaşdırılması  və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  əlaqədar 
müvəqqəti  inzibatçının  fəaliyyətinə  xitam  verildikdə  (o  cümlədən,  vaxtından  əvvəl),  həmin 
banka  münasibətdə maliyyə  bazarlarına  nəzarət  orqanı və  müvəqqəti  inzibatçı  tərəfindən 
müəyyən edilən bütün məhdudiyyətlər ləğv edilir. 
56.3.Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması və 
fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnmədikdə  və  ya  bankın  fəaliyyətində  olan 
çatışmazlıqlar  aradan  qaldırılmadıqda, maliyyə  bazarlarına  nəzarət  orqanı müvəqqəti 
inzibatçının  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi  haqqında  qərar  qəbul edir və 
banka  bank  əməliyyatlarının  həyata  keçirilməsi  üçün  verilmiş  lisenziyanı  və  icazəni  bu 
Qanunda nəzərdə tutulmuş əsaslara görə ləğv edir. 
56.4.
Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 
gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. 
  

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin