89.1. Birdən çox ölkədə filial şəbəkəsi ilə fəaliyyət göstərən müflis olmuş bankın
aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:
89.1.1.yerli müflis bankın başqa ölkədə filialları və nümayəndəlikləri olduqda, maliyyə
bazarlarına nəzarət orqanı həmin ölkənin bank tənzimlənməsi və nəzarəti orqanları ilə
mümkün olduğu qədər əməkdaşlıq edir;
89.1.2.yerli müflis bankın kreditoru öz tələblərini başqa ölkədə bankın filialından qismən
almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim
edilə bilər;
89.1.3.məhkəmə bankın müflis elan olunmasına dair xaricdə qəbul edilmiş qərarı və xarici
bankların aktivlərinin qorunması və maliyyə sağlamlaşdırılması üçün xaricdə görülmüş
tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını
müəyyən edir;
89.1.4.xarici bank yerləşdiyi ölkədə ləğv prosesində olduqda, maliyyə bazarlarına nəzarət
orqanı xarici bankın yerli filialının Azərbaycan Respublikası ərazisində olan kreditorlarının
mənafelərinə uyğunluğu baxımından aktivlərin köçürülməsini və ya verilməsini məqbul
sayarsa, həmin aktivlərin xarici ölkədəki ləğvediciyə köçürülməsinə və ya verilməsinə dair
qərar çıxarılması üçün məhkəməyə müraciət edir.
Madd
ə 90. Müflisləşmə ilə əlaqədar maliyyə bazarlarına nəzarət