Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə60/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   52   53   54   55   56   57   58   59   60
Banklar haqqında qanun

KEÇİD VƏ YEKUN MÜDDƏALAR 
  

a d d ə   9 2. Məhkəmə iddiasından müdafiə 
Mərkəzi Bank, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, maliyyə 
bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri
habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla 
müəyyən  edilmiş tənzimləmə,  nəzarət  və  ləğvetmə funksiya-larım  və  vəzifələrini həyata 
keçirərkən  hər  hansı  hərəkəti  və  ya  hərəkətsizliyi  nəticəsində  yaranmış  zərər  üçün 
məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin 
və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.  
 


M a d d ə   9 3. Keçid müddəalar 
93.1.           
Bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən  bir  il  ərzində  fəaliyyətdə  olan  banklar 
aşağıdakı tələblərin yerinə yetirməsini təmin etməlidirlər: 
93.1.1.məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 
19-
cu  maddəsinin  tələblərinə  uyğun  olaraq  səhmdar  cəmiyyəti  formasında  yenidən  təşkil 
edilməlidir; 
93.1.2.bankların digər hüquqi şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə qadağan edilmiş 
fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir. 
93.2.           
Bu  Qanunun  qüvvəyə  mindiyi  tarixədək  dövlət  qeydiyyatından  keçmiş  xarici 
bankların yerli nümayəndəlikləri bir il ərzində maliyyə bazarlarına nəzarət orqanında aparılan 
mərkəzi  reyestrdə  qeydə  alınmalı  və  bu  Qanunun  V  fəslinə  uyğun  olaraq  hesabat 
sənədlərini maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidirlər. 

a d d ə   9 4. Yekun müddəalar 
94.1. 
Bu  Qanunda  birbaşa  göstərilən  hallarla  yanaşı,  Qanunun  IV,  VI, VIII,  VIII-I,  IX,  X 
fəsilləri də eynilə xarici bankların yerli filiallarına şamil edilir.
 
  
94.2. 
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 
94.3. Bu 
Qanunun  qüvvəyə  minməsi  ilə  əlaqədar  1996-cı  il  14  iyun  tarixli  "Azərbaycan 
Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu və 
1995-
ci il 19 yanvar tarixli "Bank sirrinin qorunması Qaydaları"nın təsdiq edilməsi haqqında" 
Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir. 
  
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
  
Bakı şəhəri, 16 yanvar 2004-cü il 
№ 590-IIQ 
 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin