Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Banklar haqqında qanun

şöbələrinin 
və 
nümayəndəliklərinin 
açılmasına icazələrin alınması 
11.1.
Maliyyə  bazarlarına  nəzarət  orqanının icazəsi  olmadan  yerli  bank  filial,  şöbə  və 
nümayəndəlik aça bilməz. 
11.2.Yerli  bankların  şöbələrinin  və  yerli   nümayəndəliklərinin  açılması  üçün  icazə 
alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və 
tələblər maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən edilir. 
11.3.Yerli  bank  yerli  və  ya  xarici  filialını  və  nümayəndəliyini  açmağa  icazə  almaq 
üçün 
maliyyə  bazarlarına  nəzarət  orqanına yazılı  müraciət  etməlidir.  Müraciətə  aşağıdakı 
sənədlər əlavə edilməlidir: 
11.3.1.bankın  filial  və  ya  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  idarəetmə  orqanı 
tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti; 
11.3.2.filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla 
yanaşı  filial  və  xarici  nümayəndəliyin  ünvanı,  bank  fəaliyyət  növləri  (yalnız  filiallar  üçün), 
inzibatçıların  səlahiyyətləri,  bank  tərəfindən  nəzarətin  həyata  keçirilməsi,  filial  və 
nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir; 


11.3.3.filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilat 
strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-
plan; 
11.3.4.filialın  və  ya  xarici  nümayəndəliyin  inzibatçılarını  (rəhbərlərini)  təyin  etmək 
haqqında bankın səlahiyyətli orqanının qərarının surəti; 
11.3.5.filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi 
şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında 
məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında 
təsdiqlənmiş  surətləri,  həmin  şəxslər  tərəfindən  doldurulmuş  anket,  onun  tərəfindən 
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə
11.4. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı müraciətdə  və  ya  müraciətə  əlavə  edilən 
sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  müəyyən  etdikdə,  o,  həmin  səhvlər  və  ya 
çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu 
səhvləri  və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir. Maliyyə  bazarlarına  nəzarət 
orqanı müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını 
müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində 
yazılı  bildiriş  göndərməlidir.  Həmin  müddətdə maliyyə  bazarlarına  nəzarət  orqanı müraciət 
edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. 
11.5. 
Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün 
ərizənin  qəbul  edildiyi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  90  təqvim  günü 
müddətində maliyyə  bazarlarına  nəzarət  orqanı müraciətə  bu  Qanunda  müəyyən  edilmiş 
əsaslara görə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda maliyyə bazarlarına nəzarət 
orqanı qəbul  etdiyi  qərarı  banka  göndərir. Maliyyə  bazarlarına  nəzarət  orqanı müraciətə 
müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici nümayəndəliyin məşğul 
ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat, habelə icazəyə daxil edilən 
bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi 
və  ya  icazəyə  məhdudiyyətlər  daxil  edilməsi  haqqında maliyyə  bazarlarına  nəzarət 
orqanının qərarında onların əsasları göstərilməlidir. 
11.6. 
Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə 
onların  fəaliyyət  göstərəcəyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  ilə  müəyyən 
edilmiş  qaydada  qarşılıqlı  əməkdaşlıq  əsasında  müvafiq  filialın  və  ya  nümayəndəliyin 
fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır. 


11.7. 
Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq 
icazə  aldıqdan  sonra  bu  barədə maliyyə  bazarlarına  nəzarət  orqanına 5  təqvim  günü 
müddətində yazılı bildiriş göndərməlidir. 
M  a  d  d  ə   12.   Xarici  bankların  yerli  nümayəndəliklərinin  açılmasına  icazənin 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin