və qüvvəyə minməsi 18.1.
Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyasının və ya xarici bankın yerli
nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən
5 təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş
göndərməli və kütləvi informasiya vasitələrində rəsmi məlumat dərc etdirməlidir. Bank
lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda
başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.
18.2.
Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi
haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin
adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə
əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank,
filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli
filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun tələbləri nəzərə
alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi
haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarından Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə
bilərlər. Şikayətin verilməsi maliyyə bazarlarına nəzarət orqanının müvafiq qərarının icrasını
dayandırmır.
III
fəsil