Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə25/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   21   22   23   24   25   26   27   28   ...   60
Banklar haqqında qanun

Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş 
ərizəyə ən geci 90 təqvim günü müddətində baxır. Həmin müddət ərzində maliyyə bazarlarına 
nəzarət  orqanı ərizəyə  dair  münasibətini  banka  yazılı  surətdə  bildirməzsə,  ərizəyə  müsbət 
baxılmış hesab edilir. Maliyyə bazarlarına nəzarət  orqanı icazənin verilməsindən aşağıdakı 
hallarda imtina edir: 
22.5.1.bu  Qanunun  22.4-
cü  maddəsində  nəzərdə  tutulan  sənədlər  tam  təqdim 
olunmadıqda; 
22.5.2.hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi  keyfiyyətlərə  malik 
olmadıqda; 
22.5.3.fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda; 
22.5.4.mühüm 
iştirak payını əldə edəcək hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş 
olduqda; 
22.5.5.iştirak  payının  əldə  edilməsi  nəticəsində  bank,  bank  və  ya  bank  holdinq  şirkəti 
olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə; 
22.5.6.xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank 
holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; 
22.5.7.iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici 
bank hold
inq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin 


ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə maliyyə bazarlarına 
nəzarət  orqanının  və Mərkəzi  Bankın  öz  nəzarət  funksiyalarını  həyata  keçirməsi  mümkün 
olmadıqda. 
22.6.
Maliyyə bazarlarına nəzarət orqanının verdiyi icazədə iştirak payının əldə edilməsinin 
başa çatmalı olduğu maksimum müddət göstərilir. 
22.7.Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, maliyyə 
bazarlarına  nəzarət  orqanı həmin  şəxsə  onun  bankdakı  payının  icazəsiz  aldığı  hissəsini 
müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. 
Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə riayət 
edilməzsə, maliyyə  bazarlarına  nəzarət  orqanı həmin  şəxsə  müddət  bitdikdən  sonra  aldığı 
hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir. 
Həmin  şəxslərin  ləğv  olunmalı  hissədə  səsvermə  hüququ  səhmdarların  ümumi 
yığıncağının iclaslarında nəzərə alınmır. 
22.8.Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus 
səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən 
aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə maliyyə bazarlarına nəzarət  orqanına yazılı 
məlumat verməlidir. 
22.9.Banklar onların kapitalında payların bu Qanunun 22.1-ci və ya 22.8-ci maddələrində 
göstərilmiş  kəmiyyətlərdən  az  və  ya  çox  olmasına  səbəb  olan  hər  hansı  pay  əldə 
edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə maliyyə bazarlarına nəzarət 
orqanına məlumat  verməlidirlər.  Banklar  həmçinin  mühüm  iştirak  paylarına  malik  olan 
səhmdarlar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən 
az olmayaraq 
maliyyə bazarlarına nəzarət orqanına yazılı şəkildə bildirməlidirlər. 
22.10.  
Maliyyə  bazarlarına  nəzarət  orqanı aşağıdakı  halları  aşkar  etdikdə  bankın 
kapitalında  mühüm  iştirak  payı  olan  şəxsin  payının  özgəninkiləşdirilməsi  və  ya  bank 
tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir: 
22.  10.1.  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərindən  hər  hansı  biri  və  ya  fiziki  şəxs 
məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda; 
22. 10.2. bankın maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə 
bilən dərəcədə banka təsir göstərildikdə; 
22. 10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə; 
22. 10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin 
bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  onlara  lazımınca  nəzarət  həyata 


keçirilmədikdə  və  ya  onlar  bu  sahədə maliyyə  bazarlarına  nəzarət  orqanı ilə  qarşılıqlı 
əməkdaşlıqdan imtina etdikdə. 
22.11.  Bu Qanunun 22.10-
cu maddəsinə müvafiq maliyyə bazarlarına nəzarət orqanının 
verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır. 
M a d d ə   2 3. Bankların idarəetmə strukturu 
Hər  bir  bank  ali  idarəetmə  orqanı  olan  səhmdarların  ümumi  yığıncağı,  onun  idarə 
olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini 
təşkil  edən  Audit  Komitəsi  və  məsul  icra  orqanı  olan  İdarə  Heyəti  tərəfindən  idarə  olunur. 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin