30.5.2.nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində bankın törəmə strukturuna
çevri
lən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik
deyildir;
30.5.3.iştirak payının əldə edilməsi nəzərdə tutulan hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-
qənaətbəxşdir və ya belə payın əldə edilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb
olacaqdır;
30.5.4. nəzərdə tutulan iştirak payı əldə edilən xarici banka yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu
orqanın əməkdaşlıqdan imtina etdiyinə görə
maliyyə bazarlarına nəzarət orqanının
və Mərkəzi Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.
30.6.Banka icazəni verdikdə maliyyə bazarlarına nəzarət orqanı iştirak payının əldə
edilməsinin maksimum müddətini müəyyən edir.
30.7.Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək
üçün müəyyən edilmiş müddətləri gözləmədikdə, maliyyə bazarlarına nəzarət orqanı həmin
banka yazılı sərəncam göndərərək onun öz iştirak paymı sərəncamda göstərilən tarixədək
ləğv etməyini və ya icazənin qüvvədən düşdüyünü bildirir.
30.8.Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən
həmin banka lazımi nəzarət həyata keçirilmədikdə və ya bu orqan maliyyə bazarlarına nəzarət
orqanı ilə əməkdaşlıqdan imtina etdikdə maliyyə bazarlarına nəzarət orqanı banka hüquqi
şəxsin kapitalında mühüm iştirak payının müəyyən etdiyi müddətdə özgəninkiləşdirilməsi və
ya geri alınması barədə yazılı göstəriş verir.
IV
fəsil
Dostları ilə paylaş: