Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Banklar haqqında qanun

səlahiyyətlər 
37.1. 
Hüquqi və fiziki  şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda 
nəzərdə  tutulan  hallarda  və  qaydada  məhkəmənin  və  ya icra  məmurunun qərarı  ilə  həbs 
qoyula  bilər.  Bank,  hesabın  üzərinə  həbs  qoyulması  barədə  müvafiq  qərarı  aldığı  andan 
dep
ozitlər (əmanətlər) və digər hesablar üzrə məxaric əməliyyatlarmı həbs qoyulmuş vəsait 
həcmində dayandırmalıdır.  
Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan 
tələblər üzrə öhdəlik məbləğində qoyula bilər. 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və 
terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  bank  əməliyyatının  icrası  maliyyə 


monitorinqi  orqanı  tərəfindən  qanunla müəyyən  edilmiş müddətdə  və  qaydada  dayandırıla 
bil
ər.   
37.2. 
Müştərinin  bankda  olan  pul  vəsaiti  və  digər  sərvətləri  yalnız  məhkəmənin  qanuni 
qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər. 
37.3. 
Bank  müştərilərin  pul  vəsaitinə  və  digər  sərvətlərinə  həbs  qoyulması,  müsadirə 
edilməsi, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərinə və ya kreditorlarına dəymiş zərər 
üçün məsuliyyət daşımır. 
M a d d ə   3 8. Hesablaşmalar və pul köçürmələri 
38.1. 
Banklar  hesablaşmaları  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinə,  maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın həmin  Məcəlləyə 
müvafiq  olaraq  qəbul  etdiyi  normativ xarakterli aktlara,  bank  praktikasında  tətbiq  olunan 
işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.  
38.2. 
Banklar  beynəlxalq  ödənişləri  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə, o  cümlədən maliyyə  bazarlarına  nəzarət  orqanının  və Mərkəzi  Bankın 
normativ  xarakterli  aktlarına,  Azərbaycan  Respublikasının  tərəfdaş  çıxdığı  beynəlxalq 
müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə 
və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.  
38.3. 
Maliyyə  bazarlarına  nəzarət  orqanı bankların  istifadə  etdikləri  avtomatlaşdırılmış 
hesablaşma  və  pul  köçürmələri  sistemlərinin  etibarlığının  və  təhlükəsizliyinin,  bank 
informasiyasının  mühafizəsinin  onlar  tərəfindən  təmin  edilməsinə  aid  minimum  tələbləri 
müəyyən edə bilər. 
M a d d ə   3 9. Sənədlərin saxlanılması 
39.1. 
Banklar  bank  əməliyyatları  haqqında  bağlanmış  müqavilələr  və  icra  edilmiş 
müqavilələr  (əqdlər)  üzrə  müvafiq  sənədləri,  o  cümlədən  elektron  daşıyıcılarda  olan 
informasiyanı,  habelə  fəaliyyətləri  nəticəsində  yaranan  digər  sənədləri  qanunvericiliklə 
müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. 
39.2. Banklar  eynil
əşdirmə  və  verifikasiya  sənədlərinin, habelə pul vəsaitləri və  ya digər 
əmlakla  əməliyyatlara  dair  sənədlərin  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya 
dig
ər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 
haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-cu  maddəsində  göstərilən  müddətdə 
saxlanmasını təmin etməlidirlər. 



a d d ə  4 0Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması 
40.1. 
Aşağıdakı hallarda banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən 
şəxslərə kreditlər verə bilməzlər:
 
  
40.1.1.
aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin