M a d d ə 4 4.
Kənar audit
44.1.Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata
keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən
yoxlanılmalıdır.
44.2.
Auditor yoxlaması “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
44.3.Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor
“Auditor
xidməti haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan
Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı aşağıdakıları da
həyata keçirir:
44.3.1.bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv
təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;
44.3.2.mühasibat uçotunu, maliyyə nəzarəti sistemlərini və prosedurlarını lazımi səviyyədə
saxlamaqda banka kömək
göstərir;
44.3.3.inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum
olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar
haqqında maliyyə bazarlarına nəzarət orqanına məlumat verir.
44.4.Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin
auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.
44.5.Maliyyə bazarlarına nəzarət orqanı bankların və xarici bankların yerli filiallarının
auditinin aparılmasına dair beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər
müəyyən
edir. Kənar auditor yoxlaması maliyyə bazarlarına nəzarət orqanının tələblərinə
uyğun gəlməsə, maliyyə bazarlarına nəzarət orqanı auditorun dəyişdirilməsini, habelə bankın
özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb
edir.
M a d d ə 4 5.
Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi
45.1.
Bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay
müddətində bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş
konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın
səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.
45.2.
Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində konsolidasiya
əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən auditor tərəfindən təsdiqlənmiş
maliyyə hesabatını auditor rəyi ilə birlikdə maliyyə bazarlarına nəzarət orqanına təqdim
etməlidir.
Bir və ya bir necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir yerli filialı üçün kənar
auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını, habelə auditor rəyi ilə birlikdə beş ay
müddətində, konsolodasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə
səkkiz ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.
45.3. Bu Qanunun 45.1-
ci maddəsində göstərilmiş maliyyə hesabatı kütləvi informasiya
vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. Dərc olunan
hesabatın forması, məzmunu və müddətləri maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilir.
M a d d ə 4 6.
Bankların hesabatı və onların fəaliyyətinə nəzarət
46.1.
Dostları ilə paylaş: