Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə36/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   32   33   34   35   36   37   38   39   ...   60
Banklar haqqında qanun

Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə bank və xarici bankın yerli 
filialları özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında 
prudensial hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına, bank statistikası hesabatlarını 
maliyyə  bazarlarına  nəzarət  orqanına  və  Mərkəzi  Banka  təqdim  etməlidirlər.  Prudensial 
hesabatların  forması,  məzmunu  və  təqdim  edilməsi  qaydaları  maliyyə  bazarlarına  nəzarət 
orqanı  tərəfindən  müəyyən  edilir.  Bank  statistikası  hesabatlarının  forması,  məzmunu  və 
təqdim  edilməsi  qaydaları  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırılmaqla  Mərkəzi 
Bank tərəfindən müəyyən edilir.  
46.2.Banklar və xarici bankların yerli filialları  yerlərdə yalnız maliyyə bazarlarına nəzarət 
orqanının inspektorları və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən kənar 
auditorlar tərəfindən ildə bir dəfə yoxlanılır. Bank aktivlərinin itirilməsi təhlükəsi yarandıqda, 
habelə  qanunvericiliyin  pozulması  faktlarının  araşdırılması  məqsədilə maliyyə  bazarlarına 
nəzarət  orqanı banklarda və xarici bankların yerli filiallarında əlavə yoxlamalar keçirə bilər. 
Yoxlayıcıların  tərkibinə  qarşılıqlıq  prinsipi  əsasında maliyyə  bazarlarına  nəzarət  orqanının 
yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi 
və nəzarəti orqanının əməkdaşları da daxil edilə bilərlər. Yoxlamaların həyata keçirilməsinin 
prosedur qaydaları maliyyə bazarlarına nəzarət orqanının qərarları ilə müəyyən edilir. 
46.3.Bu  Qanunun  46.1.-
ci  və  46.2-ci  maddələrinə  uyğun  olaraq maliyyə  bazarlarına 
nəzarət orqanına və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir: 


46.3.1.istənilən  banka,  onun  filiallarına,  şöbələrinə,  törəmə  təsərrüfat  cəmiyyətlərinə, 
habelə xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarmı, 
sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək; 
46.3.2.bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik 
olan  şəxslərin,  banka  aidiyyəti  olan  şəxslərin və  aidiyyəti  şəxs  adından  hərəkət  edən 
şəxslərin,  bankın  filialının,  şöbəsinin  və  xarici  bankın  yerli  filialının  inzibatçılarından, 
əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o 
cümlədən  müştərilərin  əməliyyatlarına  aid  istənilən  məsələ  barəsində  bütün  lazımi 
informasiyanı verməyi tələb etmək. 
46.4. 
Xarici  bankın  yerli  nümayəndəliyi  özünün  fəaliyyətinin  qanunvericilikdən  və 
əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını  göstərmək üçün özünün 
idarə  edilməsi  qaydası  və  cari  fəaliyyəti  haqqında  hesabatları maliyyə  bazarlarına  nəzarət 
orqanına təqdim etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası maliyyə 
bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 
Hesa
bat məlumatlarmı dəqiqləşdirmək məqsədilə maliyyə bazarlarına nəzarət  orqanının 
inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər. 
46.5.Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və 
nümayəndəliyi  bu  maddəyə  uyğun  vəzifələrin  icrası  zamanı maliyyə  bazarlarına  nəzarət 
orqanının  inspektorlarına  və  ya  onun  tərəfindən  təyin  edilmiş  auditorlara  zəruri  təşkilatı  və 
texniki imkanları yaradır. 
46.6.Qarşılıqlılıq  prinsipinə  əsasən  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanlarının 
sorğuları,  habelə  məhkəmənin  qüvvəyə  minmiş  qərarı  ilə  nəzərdə  tutulan  hallar  istisna 
olmaqla, 
maliyyə  bazarlarına  nəzarət  orqanı başqa  şəxslərin  tələbi  ilə  banklarda  və  xarici 
bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa 
səlahiyyətli deyildir. 
46.7.Azərbaycan Respublikasında vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətini  yalnız  vergi  ödəyiciləri 
qismində  yoxlaya  bilər.  Yoxlamaların  keçirilməsi  zamanı  bank  müştərilərinin  hesabları  və 
əməliyyatları  ilə  bağlı  məlumatlar  və  sənədlər  yalnız  bank  sirrini  təşkil  edən  məlumatların 
açıqlanması  üçün  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən  olunmuş 
qaydal
ara uyğun əldə edilir
  
 


Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar 
Banklar 
və  xarici  bankların  yerli  filialları  maliyyə  bazarlarına  nəzarət  orqanına  həmin 
orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir. 
 
  
VI   
fəsil 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin