fəaliyyəti üzərində nəzarət 54.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir. 54.2. Maliyyə bazarlarına nəzarət orqanı: 54.2.1.bankın idarə edilməsi və bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq maliyyə sağlamlaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçıya müvafiq tədbirlərin həyata keçirilməsinin əsas istiqamətləri üzrə tövsiyələr verməyə; 54.2.2 .müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə; 54.2.3.müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə; 54.2.4.müvəqqəti inzibatçıdan hesabat almağa; 54.2.5.müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 52.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir. 54.3. Müvəqqəti inzibatçı öz səlahiyyətlərinin həyata keçirilməsi haqqında yalnız maliyyə bazarlarına nəzarət orqanı qarşısında hesabat verir. M a d d ə 5 5. Moratorium Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düş-məsinin qarşısını almaq məqsədilə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya
qismən dayandıra bilər. Bu ərizə üzrə məhkəmə 48 saat ərzində qərar çıxarır və həmin qərar dərhal icraya yönəldilir. M a d d ə 5 6. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi 56.1. Müvəqqəti inzibatçının fəaliyyətinə maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə aşağıdakı hallarda xitam verilir: 56.1.1.Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə; 56.1.2.Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə; 56.1.3.iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə. 56.2.Bankın maliyyə sağlamlaşdırılması və fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdə (o cümlədən, vaxtından əvvəl), həmin banka münasibətdə maliyyə bazarlarına nəzarət orqanı və müvəqqəti inzibatçı tərəfindən müəyyən edilən bütün məhdudiyyətlər ləğv edilir. 56.3.Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması və fəaliyyətinin yaxşılaşdırılması ilə nəticələnmədikdə və ya bankın fəaliyyətində olan çatışmazlıqlar aradan qaldırılmadıqda, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edir və banka bank əməliyyatlarının həyata keçirilməsi üçün verilmiş lisenziyanı və icazəni bu Qanunda nəzərdə tutulmuş əsaslara görə ləğv edir. 56.4.
Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.