VIII fəsil ÖDƏMƏ QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN REZOLYUSİYASI Maddə 57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi 57.1. Aşağıdakı əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi hallarda maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edir:
57.1.1. bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda; 57.1.2. bu Qanunun 57-11-ci mad dəsində müəyyən edilmiş hallar istisna olmaqla, bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; 57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda. 57.2. Bank bu Qanunun 47.5-ci, 48.1- ci və 49.2-ci maddələrinin tələblərini yerinə yetirmədikdə maliyyə bazarlarına nəzarət orqanı həmin banka müvəqqəti inzibatçı təyin etmək hüququna malikdir. 57.3. Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə dair hesabata və ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun haqqında məlumatlar və səlahiyyət müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul etdiyi gün öz işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) banka müvəqqəti inzibatçı təyin edir və həmin gündən bankın rezolyusiyası prosesinə başlayır. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının təyin edilməsi barədə qərarı qəbul etdikdən sonra dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir. 57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən: 57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri dayandırılır; 57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. 57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. 57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək
müd dətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir: 57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;