Banklar haqqında



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə43/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   39   40   41   42   43   44   45   46   ...   60
Banklar haqqında qanun

köçürülməsi 
57-
6.1.  Tədbirlər planına uyğun olaraq  müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş 
bankın aktiv və öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada alıcı banka köçürülməsini 
təmin etməlidir. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etmək istəyən 
alıcı bank sağlam bank olmalıdır. Alıcı bankın sağlam bank olmasının müəyyən edilməsi üçün 
alıcı  bankın  maliyyə  vəziyyəti,  idarəetmə  sistemi,  əmanətçilər  və  kreditorlar  qarşısında 
öhdəliklərini yerinə yetirmə qabiliyyətinin olması, prudensial tələbləri yerinə yetirməsi, habelə 
aktivlərin  köçürülməsinin  bank  sistemində  yaradacağı  risklər  maliyyə  bazarlarına  nəzarət 
orqanı  tərəfindən  qiymətləndirilir.  Qiymətləndirmə  nəticəsində  maliyyə  bazarlarına  nəzarət 
orqanının müsbət rəyini almış alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində nəzərdə tutulmuş 
hərracda iştirak edə bilər. 
57-
6.2. Müvəqqəti inzibatçı köçürüləcək aktiv və öhdəliklərin reyestrini tərtib edir. Aktiv 
və  öhdəliklərin  köçürülməsi  zamanı  müvəqqəti  inzibatçı  kreditorların  bu  Qanunun  82-ci 
maddəsi  ilə  müəyyən  edilmiş  növbəliliyinə  uyğun  olaraq,  bütün  kreditorlarla  bərabər  və 
vicdanla 
davranmalıdır. 
57-
6.3.  Alıcı  bank  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən  edilən 
qaydalara  uyğun  olaraq  keçirilən  hərrac  yolu  ilə  seçilir.  Hərrac  nəticəsində  seçilmiş  alıcı 
bankla  bağlanan  müqavilədə  həmin  bankın  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və 
öhdəliklərini qəbul etməsi barədə yazılı öhdəliyi əks olunmalıdır. 


57-
6.4.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  öhdəlikləri  onların  balans  dəyərində  alıcı 
bankla  bağlanılan  borcların  ötürülməsi  haqqında  müqavilə  əsasında  köçürülür.  Borcların 
ötürülməsi  haqqında  müqavilənin  bağlanması  üçün  kreditorların  razılığı,  eləcə  də  ödəmə 
qabiliyyətini  itirmiş  bankın  kreditorları  ilə  bağlanmış  müqavilələrdə  əlavə  və  dəyişikliklərin 
edilməsi  tələb  olunmur.  Alıcı  bank  kreditorlara  münasibətdə  borclunun  bütün  hüquq  və 
vəzifələrini əldə edir. 
57-
6.5.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktivləri  qüvvədə  olan  əqdlər  və  qiymətli 
kağızlarla  bağlı  müqavilələr  əsas  götürülməklə,  alıcı  bankla  bağlanan  tələbin  güzəşti  və 
qiymətli  kağızlara  hüquqların  ötürülməsi  haqqında  müqavilə  əsasında  köçürülür.  Bu  cür 
müqavilənin  bağlanması  üçün  borcluların  razılığı  tələb  olunmur.  Alıcı  bank  ona  ötürülmüş 
tələblər və qiymətli kağızlar üzrə hüquqlarla bağlı borclulara münasibətdə kreditorun bütün 
hüquq və vəzifələrini əldə edir. Müvafiq borclularla ödəmə qabiliyyətini itirmiş bank arasında 
bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsi tələb olunmur. 
57-6.6. Bu Qanunun 57-6.4-
cü və 57-6.5-ci maddələrində qeyd olunan müqavilələr bir 
sənəd kimi (qarışıq müqavilə) tərtib oluna bilər. 
57-
6.7. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin digər 
banka köçürülməsi barədə borcluları və kreditorları müvafiq müqavilələr bağlandığı vaxtdan 
5 gün müddətində məlumatlandırmalıdır. 
57-
6.8.  Aktiv  və  öhdəliklərin  alıcı  banka  köçürülməsinin  başa  çatdığı  gün  maliyyə 
bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə 
qərar  qəbul  edir  və bu  Qanunun 59.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  məhkəməyə 
müraciət edir. 
Maddə 57-7. Ödəmə  qabiliyyətini  itirmiş  bankın  satılması  və  sağlam  banka 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin