razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər. Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz.
Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.
57-11.7. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qəbul olunduğu tarixdən 7 təqvim günü ərzində bank restrukturizasiya planına daxil edilmiş öhdəliklərinin restrukturizasiyası barədə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməli və həmin məlumatlarda bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarının və restrukturizasiya planının surətlərinin məhkəmədən və ya bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir. 57-11.8. Bu Qanunun 57-11.6- cı maddəsinə müvafiq olaraq, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank aşağıdakı hüquqlara malikdir: 57- 11.8.1. alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini,
bank üçün hər hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq; 57- 11.8.2. bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən öhdəliklərinin icrasını dayandırmaq. 57- 11.9. Bank restrukturizasiya planına dair razılığın alınması məqsədilə tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorların yığıncağını çağırmalıdır. Kreditorların yığıncağının keçirilməsinədək olan müddət ərzində bu Qanunun 57-11.5-ci maddəsinə əsasən razılaşdırılmış plana dəyişikliklər edilərsə, restrukturizasiya planı kreditorların yığıncağının keçirilməsinə ən azı 30 təqvim günü qalmış baxılması üçün maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir. 57- 11.10. Maliyyə bazarlarına nəzarət orqanı 10 təqvim günü ərzində bu Qanunun 57- 11.9- cu maddəsinə əsasən təqdim edilən restrukturizasiya planına baxır və həmin plana dair qeydləri olduqda onların aradan qaldırılmasını yazılı surətdə bankdan tələb edir. Bank maliyyə bazarlarına nəzarət orqanının restrukturizasiya planına dair təkliflərini nəzərə almalı və müvafiq düzəlişlər edərək həmin planı maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir. B ank maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilmiş restrukturizasiya planı barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet səhifəsində məlumat dərc etdirməlidir və həmin məlumatlarda restruktizasiya planının surətinin bankın hüquqi ünvanından tələbləri restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir. 57- 11.11. Tələblərinin restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar yığıncaqda şəxsən və ya öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tələbləri