65.2.
Bankın müflis elan edilməsi barədə ərizə bankın kreditorları tərəfindən
verilmişdirsə, maliyyə bazarlarına nəzarət orqanı ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə
bilər:
65.2.1.Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bankın iflasına başlamaq üçün
əsasların olmadığı müəyyən olunduqda. Məhkəmə maliyyə bazarlarına nəzarət orqanından
onun rəyini təsdiqləyən sübutların, o cümlədən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;
65.2.2.bu Qanunun
57-9.7-ci
maddəsinə uyğun olaraq maliyyə sağlamlaşdırılması barədə
müvafiq icra hakimiyyəti orqanının qərarmı məhkəməyə təqdim etdikdə.
M a d d ə 6 6.
Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi
66.1.Bankın kreditorları bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız
ərizə verdikdə məhkəmə istənilən vaxt həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində
göstərilən əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə
bilər.
Ərizə rədd edildikdə məhkəmə ərizəçilərin üzərinə ərizənin verilməsi nəticəsində bankın
və/və ya maliyyə bazarlarına nəzarət orqanının çəkdiyi xərcləri və zərəri ödəmək
vəzifəsini
qoyur.
66.2.Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində
təqsirli sayılmış şəxs Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyır.
M a d d ə 6 7.
Müflis elan olunmayan bankın məcburi ləğvi
Bank barəsində iflas proseduruna başlanılmasına dair maliyyə bazarlarına nəzarət
orqa
nı tərəfindən verilmiş ərizə məhkəmə tərəfindən bu Qanunun 65.1.3-65.1.5-ci
maddələrində göstərilən əsaslardan başqa, digər əsaslar üzrə rədd edildikdə, bankın bu
Qanunun 59-
cu maddəsinə uyğun olaraq məhkəmə qaydasında məcburi ləğvi həya-ta
keçirilir.
Madd
ə 6 8.
Bankın müflis elan olunmasına dair qərar
Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında
məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin
edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və
həmin andan bankın iflas proseduruna başlanılır.