olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin
edilir.
71.2.Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək
(xidmət) haqqı və çəkdiyi xərclər
bankın aktivləri hesabına, çatışmayan hissədə isə
Fond (reqres hüququ ilə) tərəfindən
ödənilir.
71.3.Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank
səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının
səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
71.4.Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə
təhvil verilməsi aktmı məhkəmə təsdiq edir.
Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən
vaxt məhkəməyə müraciət edə bilər.
Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx
qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
71.5.Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları,
mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə
cəlb edə bilər.
71.6.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən ləğv
prosesində olan bankın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilənədək
ləğvedici bank statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi
Banka təqdim etməlidir.
71.7. Bu Qanunun 59.2-
ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici
aşağıdakı səlahiyyətləri həyata keçirir:
71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının
ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;
71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını
tərtib edir, habelə bankın aktivlərini idarə edir;
71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və
kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür;
71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür;
71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür;
71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam
verir;