Banklar haqqında


Maddə  71-1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ləğvedicinin  fəaliyyəti



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix31.12.2021
ölçüsü0,88 Mb.
#113181
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
Banklar haqqında qanun

 
  
 
Maddə  71-1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ləğvedicinin  fəaliyyəti 
üzərində nəzarət 
71-
1.1. Maliyyə bazarlarına nəzarət orqanı ləğvedici üzərində fəaliyyətinin bütün müddəti 
ərzində nəzarəti həyata keçirir. 
71-
1.2. Maliyyə bazarlarına nəzarət orqanı: 
71-
1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə; 
71-
1.2.2. ləğvedicidən hesabat almağa; 
71-
1.2.3.  ləğvedicinin  cari  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  tövsiyələr  və  icrası 
məcburi olan yazılı göstərişlər verməyə; 
71-
1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa; 
71-
1.2.5.  ləğvedicinin  bankın  idarəedilməsi  ilə  bağlı  bu  Qanun  çərçivəsində qəbul  etdiyi 
qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir. 
71-
1.3. Bankın iflası dövründə ləğvedici öz fəaliyyəti haqqında maliyyə bazarlarına nəzarət 
orqanına  onun  müəyyənləşdirdiyi  formada  və  müddətlərdə  hesabat  verir,  habelə  maliyyə 
bazarlarına nəzarət orqanının tələb etdiyi sənədləri və informasiyanı təqdim edir. 
M a d d ə   7 2. Bankın müflis elan olunmasının nəticələri 


72.1.  
Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 
72.1.1.bankın  adından  yalnız  ləğvedici  və  ya  onun  vəkil  etdiyi  şəxs  tərəfindən  edilən 
hərəkətlər hüquqi qüvvəyə malik olur
72.1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 
72.1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər 
yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür
72.1.4.qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi 
qüvvəsini itirir; 
72.1.5.girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı 
maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası 
dayandırılır; 
72.1.6.bankın  öhdəlikləri  üzrə  faizlərin  və  digər  haqların  hesablanması  dayandırılır.  Bu 
zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. 
72.2.  
Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın 
səhmlərinin  ləğvedici  tərəfindən  digər  şəxsə  köçürülməsi  bu  Qanunun  74-cü  maddəsinə 
müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.  
M a d d ə   7 3. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 
73.1. Bu Qanunun 72.1-
ci maddəsinin müddəalarından asılı olmayaraq: 
73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz 
hesab  edilən  hesablaşmalar  üzrə  ödəniş  tapşırıqları,  o  cümlədən qiymətli  kağızlar  üzrə 
ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır 
və  üçüncü  tərəf  üçün  məcburi  olur,  bu  şərtlə  ki,  ödəniş  tapşırıqları  həmin  qərar  qüvvəyə 
minənədək gerigötürülməz olsun
73.1.2. bu Qanunun 73.1.1-ci mad
dəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə 
malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın 
müflis  elan  olunmasına  dair  qərar  çıxarıldığından  ödəniş  tapşırıqları  köçürmələri  həyata 
keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. 
73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə 
və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş 
sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz. 
M  a  d  d  ə   74. Bankın  səhmlərinin,  aktivlərinin,  öhdəliklərinin  köçürülməsi  və 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin