göstərdiyi bütün fəaliyyət növlərinə xitam verilir. Bu zaman filiala təyin edilmiş ləğvedicinin
qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.
88.4.Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində bu Qanunun 78-ci maddəsi
yalnız xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud
bu və ya digər şəkildə onunla bağlı olan öhdəliklərin əvəzləşdirilməsi və saldosunun
çıxarılması hallarında tətbiq edilir.
88.5.Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda
onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikası ərazisində
bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.
88.6.Xarici bankın yerli filialı barəsində Azərbaycan Respublikasında başlanılmış iflas
proseduru filialın kreditorlarının öz tələblərinin ödənilməsi məqsədilə həmin tələblərin bankın
xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.
Maddə 89.
Birdən çox ölkədə filial şəbəkəsi olan bankların ödəniş qabiliyyətinin
Dostları ilə paylaş: