KEÇİD VƏ YEKUN MÜDDƏALAR
M
a d d ə 9 2. Məhkəmə iddiasından müdafiə
Mərkəzi Bank, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və digər vəzifəli şəxsləri, maliyyə
bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri,
habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla
müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiya-larım və vəzifələrini həyata
keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün
məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin
və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.
M a d d ə 9 3. Keçid müddəalar
93.1.
Bu Qanun qüvvəyə mindiyi tarixdən bir il ərzində fəaliyyətdə olan banklar
aşağıdakı tələblərin yerinə yetirməsini təmin etməlidirlər:
93.1.1.məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun
19-
cu maddəsinin tələblərinə uyğun olaraq səhmdar cəmiyyəti formasında yenidən təşkil
edilməlidir;
93.1.2.bankların digər hüquqi şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə qadağan edilmiş
fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.
93.2.
Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici
bankların yerli nümayəndəlikləri bir il ərzində maliyyə bazarlarına nəzarət orqanında aparılan
mərkəzi reyestrdə qeydə alınmalı və bu Qanunun V fəslinə uyğun olaraq hesabat
sənədlərini maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidirlər.
M
a d d ə 9 4. Yekun müddəalar
94.1.
Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VIII, VIII-I, IX, X
fəsilləri də eynilə xarici bankların yerli filiallarına şamil edilir.
94.2.
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
94.3. Bu
Qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-cı il 14 iyun tarixli "Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu və
1995-
ci il 19 yanvar tarixli "Bank sirrinin qorunması Qaydaları"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2004-cü il
№ 590-IIQ
Dostları ilə paylaş: |