Bankların aktiv,passiv və vasitəçilik əməliyyatları və onların təhlili


Kommersiya banklarının xüsusi (şəxsi) vəsaitləri



Yüklə 311,99 Kb.
səhifə6/28
tarix09.12.2023
ölçüsü311,99 Kb.
#138609
1   2   3   4   5   6   7   8   9   ...   28
brahimov-Mehman

Kommersiya banklarının xüsusi (şəxsi) vəsaitləri: Kommersiya banklarının xüsusi vəsaitlərinə bankın səhmdar kapitalı, ehtiyat və ya hansısa digər fondlarındakı vəsaitlər, bankın bölüşdürülməmiş mənfəəti və digər mənbələrini misal göstərmək olar. Banklar fəaliyyətə başladıqda ilk öncə özlərinin xüsusi vəsaitlərindən istifadə edirlər və bu ehtiyat fondları və digər fondlar bank üçün əsasən pul vəsaitlərinə ehtiyac olduğu zaman bankın əsas köməkçiləri olur,
Kommersiya bankına cəlb edilmiş vəsaitlər: Kommersiya banklarına cəlb edilmiş vəsaitlərə fiziki və hüquqi şəxslərdən depozitlərin müddətli olaraq qəbul edilməsi, bankların hər hansısa digər banklardan və ya Mərkəzi Bankdan kredit alması, qiymətli kağızların dövriyyəyə buraxılması kimi vəsaitlər daxildir.
Kommersiya banklarına cəlb edilmiş vəsaitlərin əsasən 2 növü var:
-Depozitlər.
-Depozitlərdən kənar vəsaitlər.
Depozitlər: Kommersiya bankları tərəfindən vəsaitlərin müəssisələrdən, təşkilatlardan fiziki və hüquqi şəxslərdən və s. cəlb edilməsi depozit, bu depozitlərlə bağlı olan əməliyyatlar isə depozit əməliyyatları adlanır. müəssisələr, təşkilatlar fiziki və hüquqi şəxslər və s. əlavə gəlir və mənfəət əldə etmək üçün pul vəsaitlərini kommersiya banklarına saxlamaq üçün verirlər. Bankların depozitlərin qəbul edə bilməsi üçün Mərkəzi Bank tərəfindən lisenziya almalıdırlar. Banklar müştərilərinin pul vəsaitlərinin depozit hesablarına qəbul edilməsini yalnız qeydiyyata alındıqdan sonra 2 il sonra həyata keçirə bilərlər. Kommersiya banklarına verilən depozitlərindən banklar istifadə edir və bu zaman istifadə müddətinə görə depozitlər 2 yerə bölünür.
a) Tələbolunanadək depozitlər: Tələbolunanadək depozitlər müştərilər vəsaitlərini bank hesablarına qoyurlar və həmin vəsaitlərə ehtiyac olduğu zaman banklardan çıxarıb istifədə edirlər. Tələbonunanadək depozitlər müddətli depozitlərdən fərqli olaraq daha az faiz gəlirlərinə malikdir çünki müştərilər daim öz pul vəsaitlərini ala biləcəkləri üçün baklar həmin vəsaitlərdən kreditlərin verilməsi kimi uzunmüddətli əməliyyatda istifadə edə bilmirlər.

Yüklə 311,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin