Mənbə-Statistik bülleten Azərbaycan Respublikası Mərkəzi Bankı 2019
Bakı şəhəri istisna olduqda Aran iqtisadi rayonu 23,4% lik göstərici ilə kredit qoyuluşunda birinci yerdə qərarlaşır ikinci yerdə isə 22,8% lik göstəricisi ilə Abşeron iqtisadi rayonu dayanıbdır. Aran iqtisadi rayonu və Gəncə-Qazax iqtisadi rayonu son dövrlərdə kredit qoyuluşunda artım müşahidə edilir. Bu iqtisadi rayonlarda kredit qoyuluşunda artımın ən çox təsir edən faktorlardan biri də hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək və bu sektorun dövlət gəlirlərində vacib bir hissəsini tutmasını istəməsindən ibarətdir.
Regionlarda kreditləşməni Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu və.s digər fondlar həyata keçirdikləri çünki həmin nazirlik və fondlar kənd təsərrüfatının inkişaf etdirilməsi üçün müştərilərə güzəştli kreditlər təklif edirlər İqtisadi rayonlarda kreditlərin alınmasının artmasının digər səbəblərindən biri də son zamanlarda hökumətin turizm sektorunun inkişafına yüksək qayğı göstərməsi və turizmlə əlaqəli islahatlar keçirməsindən ibarətdir .
Cədvəl 2.7 Kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər