Mənbə-Statistik bülleten Azərbaycan Respublikası Mərkəzi Bankı 2019
Regionlar üzrə cəlb edilmiş əmanətlərə nəzər saldıqda istər xarici valyuta ilə olsun istərsə də milli valyuta ilə olsun Bakı şəhərində əmanətlərin banklara qoyuluşu digər regionlara nisbətdə çox böyük fərq vardır. Cəlb edilmiş əmanətlər üzrə milli valyutada 37,1 % və xarici valyutada 62,9 % göstəricisi müşahidə edilir. Bakı şəhərində qeydə alınan göstərici xarici valyuta ilə banklara depozitlərin qoyuluşu demək olar ki digər iqtisadi rayonlardan dəfələrlə çoxdur və yeganə göstəricidir ki xarici valyuta ilə qoyulan depozitlər milli valyuta ilə qoyulan depozitlərdən çoxdur. Xarici valyuta ilə depozitlərin kommersiya bankına qoyuluşu ən aşı səviyyəsi 5,1% ilə Yuxarı-Qarabağ iqtisadi rayonunda müşahidə edilmişdir. Digər iqtisadi rayonlarda isə kommersiya banklarına depozitlərin qoyuluşunda milli valyuta ilə qoyulan depozitlər xarici valyuta ilə qoyulan depozitlərdən dəfələrlə çoxdur. 2015 ci ildən sonra kommersiya banklarına xarici valyuta ilə depozitlərinin qoyuluşunda artım müşahidə edilir və 2015-2017 ci illəri arasında kommersiya banklarına milli valyuta ilə depozitlərin qoyuluşunda azalma, xarici valyuta ilə depozitlərin qoyuluşunda isə artım müşahidə edilir. 2017 ci ildə ölkə ərazisində milli valyuta ilə qoyulan depozitlərdə artım olmuşdur.
Cədvəl 2.11Əmanətlərin cəlb olunması regionlar üzrə bölgüsü. ( Bakı. şəh istisna)
İqtisadi rayon
Payı %
Abşeron iqtisadi rayonu
29%
Aran iqtisadi rayonu
18%
Gəncə-Qazax iqtisadi rayonu
21%
Lənkəran iqtisadi rayonu
9%
Şəki- Zaqatala iqtisadi rayonu
4%
Naxçıvan iqtisadi rayonu
6%
Quba-Xaçmaz iqtisadi rayonu
4%
Digər iqtisadi rayonlar.
7%
Mənbə-Statistik bülleten Azərbaycan Respublikası Mərkəzi Bankı 2019
Bakı şəhəri istisna edildikdə depozitlərin kommersiya banklarına cəlb edilməsi zamanı ilk sırada 29%-lik göstərici ilə Abşeron iqtisadi rayonu ikinci sırada isə 21%-lik göstəricisi ilə Gəncə-Qazax iqtisadi rayonu durur. Kommersiya banklarına depozitlərin cəlb edilməsi zamanı ən aşağı faiz 4% lik dərəcəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda müşahidə edilmişdir. 2015 və 2017 ci illəri arasında xarici valyuta ilə depozitlərin kommersiya banklarına cəlb edilməsi yüksək və milli valyuta ilə cəlb edilən vəsaitlər aşağı səviyyədə idi.2017-ci ildən sonra isə kommersiya banklarına cəlb edilən depozitlərin miqdarında milli valyuta ilə qoyulan depozitlər xarici valyuta ilə qoyulan depozitlərə nisbətdə daha çox olmuşdur. Son zamanlar həm ölkə ərazisində əhalinin kommersiya banklarına inamı artmışdır və bunun nəticə olaraq kommersiya banklarına qoyulan depozitlərin miqdarında da artım müşahidə edilir. Kommersiya bankalarına olan inamın artımında banklara qoyulan depozitlərin sığortalanması faktıda ən əsas faktorlardan biridir.
Cədvəl 2.12Regionlar üzrə kredit və əmanətlərin artım tempi