Mənbə-Statistik bülleten Azərbaycan Respublikası Mərkəzi Bankı 2019
Cədvələ nəzər salsaq görərik ki, il ərzində kommersiya banklarının kredit qoyuluşu 10,7% artmışdır. Kredit qoyuluşunun artmasına baxmayaraq vaxtı keçmiş kredit borclarının miqdarında azalma vardır. Son dövrlərə nəzər saldıqda əvvəlki illərə nisbətdə kredit borclarının faizində artım müşahidə edilir ki , 2017- ci ildə bu göstərici 13,8%və 2018- ci ildə isə 12,1 % olmuşdur. 2018-ci ildə kommersiya banklarının vaxtı keçmiş kredit borcları 1,7% azalma müşahidə edilmişdir. Bu dövr ərzində kommersiya banklarının öz müştərilərinə verdikləri kreditlərin miqdarı artmış və qaytarılmayan kredit borclarında azalma baş vermişdir bu isə kommersiya banklarının səmərəliyinin artmasına gətirib çıxırmışdır.
Kommersiya bankları səmərəliyi artırmaq istəyirlərsə daha çox uzunmüddətli kreditlərdən yayınmalı və müştərilərinə qısamüddətli kreditlər təklif etməlidirlər əgər uzunmüddətli kreditlərin miqdarı daha çox olarsa bu zaman kommersiya bankları kreditlərin ödənilməməsi riskləri ilə daha çox qarşılaşa bilərlər. Banklar müştərilərinin gəlirlərini düzgün araşdırmalı kredit alma qabiliyyətini düzgün müəyyən etməlidirlər əgər müştərilərin gəlirləri yetərincə deyilsə və həmin müştərilərin gəlirləri müəyyən edilmiş səviyyədən aşağıdırsa o müştərilərə uzunmüddətli kreditlər verməkdən yayınmalıdırlar.
Kommersiya bankları səmərəli fəaliyyət göstərməsi üçün əsasən daim mənfəətlə çalışmalıdır və əgər banklar mənfəət və ya gəlir əldə etmirsə bu zaman kommersiya bankı səmərəli fəaliyyət göstərməmiş sayılır. Kommersiya banklarının gəlirlərinin artması bankın aktivlərinin artmasına və daha çox kredit vermə qabiliyyətinə malik olmasına gətirib çıxarır.