Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə
QƏRAR № 8
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli iclasının QƏRARINA ƏSASƏN:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilsin.
2. Təsdiq olunmuş tariflər 2006-cı il 01 may tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının sədri H.Babayev
2006-cı il, 12 aprel.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri Q Ə R A R № 5 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin aşağıda göstərilən xidmətlərinin tarifləri təsdiq edilsin.
Sıra №-si
Xidmətlərin adı
Tariflər (ƏDV ilə) manatla
1.
Qeyri-standart, iri qabaritli yük, partlayıcı və radioaktiv maddələr daşıyan nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobilləri ilə müşayiət edilməsi:
Bir patrul avtomobili ilə müşayiətin ümumi tarifi avtomobilin markasından, hərəkət sürətindən və qət ediləcək yolun formasından asılı olaraq müəyyənləşdirilmiş qiymətlə, qət ediləcək məsafənin hasili üzərinə qanunvericiliklə nəzərdə tutulmuş ezamiyyə xərci və ƏDV əlavə olunmaqla hesablanır.
2. Təsdiq olunmuş tariflər 2007-ci il 08 yanvar tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Bu cədvəldə hökumətin 2009-cu il iyunun 30-a qədər etdiyi bütün düzəlişlər əskini tapıb.