Baş redaktordan



Yüklə 1,11 Mb.
səhifə1/47
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#107616
  1   2   3   4   5   6   7   8   9   ...   47

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

1 2010





Baş redaktordan
Hörmətli oxucu!
Sizin görüşünüzə gələn “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və təcrübi jurnalı informasiya cəmiyyəti şəraitində mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanaların qarşısında duran vəzifələrin öyrənilməsinə, qabaqcıl iş təcrübəsinin təhlilinə, ümumiləşdirilməsinə, elmi nəticələr çıxarıl­masına xüsusi diqqət yetirəcəkdir. Dövrün, zamanın tələbatına uyğun olaraq kitabxana işinin ahəngdar inkişafının aktual problemlərinin aşkara çıxarıl­masında və həllində yaxından iştirak edəcək, yeni konsepsiyaların, nəzəri müddəaların hazırlanmasının elmi-nəzəri təminatını həyata keçirilməsi üçün mühüm tövsiyələrlə çıxış edəcək.

- Jurnal kitabxana işinə dair ulu öndər Heydər Əliyev ideyalarının elmi izahına, təbliğinə ciddi diqqət yetirməklə yanaşı kitabxanalarda Heydər Əliyev irsinin öyrənilməsi, oxuculara çatdırılması üçün elmi konsepsiyaların hazırlanmasına yönəldilmiş elmi məqalələrlə çıxış edəcək.

- Jurnal Heydər Əliyev ideyalarının respublikamızda müvəffəqiyyətlə da­vam etdirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin kitabxana işinə dair imzaladığı fərmanların, sərəncamların, qərarların və qəbul edilmiş konsepsiyaların yerinə yetirilməsinə, təbliğinə və izahına dair elmi məqalələr həsr edəcək.

- Jurnal kitabxana işi haqqında dövlət siyasətinin həllində yaxından iştirak etməklə “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunu­nun əsas müddəalarının şərh edilməsinə, qanunun işlənməsinin böyük əhəmiy­yətinə dair elmi araşdırmalar aparacaq, tövsiyələrin hazırlanmasında yaxından iştirak edəcək.

- Jurnal Heydər Əliyevin “Azərbaycançılıq” fəlsəfi konsepsiyasının öyrənil­məsinə və kitabxanalarda təbliğinə dair elmi araşdırmalar aparacaq.

- Jurnal həmçinin milli kitabxanaşünaslığımızın yeni elmi ideyalarla, baxışlarla zənginləşməsinə, geniş elmi tədqiqatların aparılmasına, kitabxana­şünaslıqla digər elmlərin, xüsusilə informatika ilə əlaqələrinin möhkəm­ləndirilməsinə və inteqrasi­yasına təşəbbüs göstərəcək.

- Jurnal müasir şəraitdə ən aktual problem olan kitabxanaların informa­siyalaşdırılması, elektron kitabxanaların, kataloqların yaradılması, internetə qoşul­ması, kitabxana fondlarının elektron daşıyıcılarla təkmilləşdirilməsi, oxu­culara xid­mət işinin yeni əsaslar üzərində qurulması, kitabxanalarda kitab­xana-informasiya texnologiyasının tətbiqi, elmi kitabxanalarda kitabxana-informasiya proqramlarının tətbiqi və s. məsələlərin öyrənilməsinə və töv­si­yələr hazırlanmasına diqqət yetirə­cək.

- Jurnal respublikamızın bütün regionlarında, Bakı şəhərində və digər mərkəzi şəhərlərdə əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yeni iş metod və formalarının öyrənilməsinə və yayılmasına, mərkəzləşdirilmiş kitabxana sistemlərinin əhaliyə kitabxana-informasiya xidməti sahəsində baş verən yeni iş prosesinin qiymətləndirilməsinə və ümumiləşdirilməsinə, elmi-nəzəri nəticələr çıxarılmasına da geniş yer ayıracaq.

- Jurnal respublikamızda qəbul edilən “Biliklər iqtisadiyyatının Azər­bay­can modelinin konsepsiyası”nın həyata keçirilməsində, onun nəzəri as­pektlərinin və əsas anlayışlarının izahına ciddi diqqət yetirəcək, bu sahədə kitab­xana işinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi problemləri ön plana çəkiləcək.

- Jurnal həmçinin kitabxanaşünaslıq və informasiyanın ayrı-ayrı sahə­lərinin; kitabxana işinin tarixinin, kitabxanaşünaslığın elmi-nəzəri və meto­doloji məsələlərinin, kitabxana fondu və kataloq sisteminin, oxuculara xidmət işinin, kitabxana iqtisadiyyatının, kitabxanaların elmi-metodik təminatının və kitabxana informatikasının aktual problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirəcək, bu sahəyə dair aparılan elmi araşdırmaların nəticələrini dərc edəcək.

- Jurnal öz qarşısında müstəqil Azərbaycan Respublikasının elmi-mə­dəni həyatında yaxından iştirak etmək, milli kitabxanaşünaslığımızı yeni elmi-nəzəri və metodoloji ideyalarla zənginləşdirmək kimi şərəfli vəzifə qoy­muş­dur.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin