Baş vermiş qəza nəticəsində yaralananların hər birinə 3000 (üç min) manat



Yüklə 10,65 Kb.
tarix29.07.2018
ölçüsü10,65 Kb.
#62302

Sərəncam 1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 avqust tarixli 2369 nömrəli Sərəncamının icrası olaraq Bakı şəhərinin Yasamal rayonu ərazisində, Murtuza Muxtarov küçəsi, 185 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisində baş vermiş qəza nəticəsində həlak olanların ailə üzvlərinə və xəsarət alanlara qəza ilə əlaqədar yaradılmış Hökumət Komissiyasının təklifləri nəzərə alınmaqla aşağıdakı məbləğlərdə birdəfəlik yardım müəyyən edilsin:

- baş vermiş qəza nəticəsində həlak olanların hər birinin ailəsinə 10000 (on min) manat;

- baş vermiş qəza nəticəsində yaralananların hər birinə 3000 (üç min) manat.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən yardımın 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Hökumət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq zərər çəkmiş vətəndaşlara ödənilməsini təmin etsin.



3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubov
Yüklə 10,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin